Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan: Tarixi Əlaqələrdən Strateji Tərəfdaşlığa

Azərbaycan və Gürcüstan: Tarixi Əlaqələrdən Strateji Tərəfdaşlığa

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Gürcüstan arasındakı əlaqələr qədim tarixi köklərə dayanır. Əsrlər boyu mehriban qonşuluq, dostluq və qardaşlıq şəraitində yaşayan iki xalq, bu ənənəni müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə çatdırmışdır. Hər iki ölkənin dövlət rəhbərlərinin qarşılıqlı səfərləri və yüksək səviyyəli siyasi dialoqları bu münasibətlərin daha da möhkəmlənməsinə töhfə vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana müxtəlif statuslu səfərlər (dövlət, rəsmi, işgüzar) etmiş, Gürcüstanın keçmiş və indiki rəhbərləri də Azərbaycana bir neçə dəfə səfər həyata keçirmişdir. Bu səfərlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün bir platforma yaratmışdır.

Azərbaycan Gürcüstanın əsas iqtisadi tərəfdaşı olaraq, bu ölkənin iqtisadiyyatına 3,6 milyard dollar sərmayə yatırmışdır. Bu sərmayələr, Gürcüstan hökumətinin sərmayə cəlb etməkdə uğurlu siyasətinin və ölkədə yaradılan müsbət sərmayə mühitinin nəticəsidir. Eyni zamanda, Azərbaycan investorları Gürcüstana böyük həvəslə sərmayə qoymağa davam edir.
İki ölkə arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu və Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətə malik layihələr yalnız Azərbaycan-Gürcüstan əməkdaşlığını gücləndirmir, həm də Avropa və Asiya arasında enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında mühüm rol oynayır. Azərbaycan qazı Gürcüstan vasitəsilə 11 ölkəyə ixrac edilir və bu qazın 80%-dən çoxu Gürcüstanın enerji ehtiyaclarını təmin edir.
Orta Dəhliz layihəsi iki ölkənin əməkdaşlıq etdiyi strateji istiqamətlərdən biridir. Bu layihə Avropa və Asiyanı birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olmaqla, Azərbaycanın və Gürcüstanın regional və beynəlxalq mövqelərini gücləndirir. Hər iki ölkə nəqliyyat infrastrukturunun inkişafı, modernləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində paralel işlər aparır. Bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, həm də geniş coğrafiya üçün strateji əhəmiyyət kəsb edir.
Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM və QDİƏT çərçivəsində sıx əməkdaşlıq edir. Hər iki ölkə bir-birinin milli maraqlarını daim dəstəkləyir və beynəlxalq arenada bir-birinə dəstək göstərir.
Azərbaycan və Gürcüstan arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları mövcuddur və bu əməkdaşlıq ikitərəfli münasibətlərin qanunvericilik səviyyəsində daha da möhkəmlənməsinə xidmət edir. Bu günə qədər iki ölkə arasında 123 rəsmi sənəd imzalanmışdır ki, bu da münasibətlərin hüquqi bazasının güclü olduğunu göstərir.
Azərbaycan və Gürcüstanın əməkdaşlığı, yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafına və sabitliyinə xidmət edən bir nümunədir. Enerji, nəqliyyat, iqtisadi, müdafiə və mədəni sahələrdə əməkdaşlıq hər iki xalqın rifahını artırmağa yönəlib. Bu strateji tərəfdaşlıq əsasında hər iki ölkə gələcəkdə də birgə səylərlə daha böyük uğurlara imza atmağa davam edəcəkdir.
Bu geniş əməkdaşlıq nümunəsi, iki ölkə arasında mövcud olan tarixi əlaqələrin müasir dövrdə necə möhkəm bir strateji tərəfdaşlığa çevrildiyini təsdiqləyir.
Millət vəkili Rövşən Muradov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Fevral 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri