Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv siyasi dialoqun əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, təhsil, mədəniyyət və digər sahələrdə müsbət şəkildə irəliləməsinə mühüm töhfə verdiyini qeyd edib.
Tərəflər həmçinin Yaxın Şərqdəki cari vəziyyət ətrafında müzakirələr aparıblar.
Regionda sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyəti bir daha vurğulanıb.
Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin beynəlxalq platformalarda da öz əksini tapdığı vurğulanıb.
İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladığını bildirərək, ölkəsinin Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxşı imkanların mövcudluğunu qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Fevral 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















