“Azərbaycan və İtaliya əlaqələri daha da dərinləşir” Deputat
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
“Azərbaycan ilə İtaliya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu gün əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib. Deputat qeyd edib ki, İtaliya Azərbaycanın ən etibarlı ticarət tərəfdaşlarından biridir:
“Hesab edirəm ki, mədəniyyət, təhsil, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Xüsusilə, İtaliyanın Qarabağın bərpası və yenidənqurma işlərinə göstərdiyi dəstək böyük önəm daşıyır. Bu, həm dostluq münasibətlərinin, həm də daha sıx əməkdaşlığın bariz göstəricisidir”.
Günay Ağamalı vurğulayıb ki, iki ölkə arasında elmi mübadilənin təşkili, aparıcı sahələrdə texnologiya transferlərinin həyata keçirilməsi müsbət nəticələr verə bilər:
“İtaliya Avropanın aparıcı dövlətlərindən biridir. Onların elmi potensialı və sənaye kompleksi yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan isə İtaliya ilə münasibətlərin inkişafı üçün yeni layihələrin icrasına, biznes dairələri və ölkələr arasında əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Əminəm ki, Azərbaycan-İtaliya münasibətləri daha da genişlənəcək və strateji tərəfdaşlığımız hər iki xalqın rifahına xidmət edəcəkdir”.
Gülbəniz Hüseynli / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















