Icma.az
close
up
RU
Azərbaycan və İtaliya parlament üzvləri ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və İtaliya parlament üzvləri ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan–İtaliya münasibətlərindən bəhs edən komitə sədri qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının mühüm rolu var. O, hazırda Azərbaycan ilə İtaliya arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrdə uğurla inkişaf etdiyini vurğulayıb və əməkdaşlığın daha da möhkəmləndirilməsinin hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.

İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvü Salvatore Kayata göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Qonaq ölkələrimiz arasında müxtəlif sahələrdə qurulmuş əlaqələrə toxunaraq, bu əməkdaşlığın və qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

İki ölkə arasındakı dostluq münasibətlərinin tarixi və bu günü barədə fikirlərini bölüşən İtaliya parlamentinin üzvləri münasibətlərin inkişafından məmnun olduqlarını bildiriblər, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı dövlətlərarası əlaqələrin inkişafında Azərbaycan və İtaliya xalqları arasında mövcud olan dostluq münasibətlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb, ortaq dəyərlərin bölüşüldüyü və xalqlarımız arasında qarşılıqlı rəğbətin mövcud olduğu qeyd edilib, qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının səmərəli işindən məmnunluq ifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see363

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see245

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see125

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

13 Dekabr 2025 21:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri