Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir Prezident
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə mətbuata birgə bəyanatında bildirib.
“Sülh və təhlükəsizlik beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa edib. Hazırda Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan hökumətinin və xalqının nəzarəti altındadır. İndi Ermənistanın işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və Böyük Qayıdış proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə təxminən 100 min insan yaşayır və işləyir. Bu proses davam edir. Beləliklə, biz müəyyən mənada oxşar çətinliklərlə üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa sadiqliyimiz də bizi birləşdirir”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 Oktyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















