Icma.az
close
up
RU
Azərbaycan və Macarıstan Konstitusiya məhkəmələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair müzakirələr aparılıb

Azərbaycan və Macarıstan Konstitusiya məhkəmələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair müzakirələr aparılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın Konstitusiya Məhkəməsinin hakimi Akoş Kozma və Baş katibi Vivien Kozma ilə görüş keçirib.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan F.Abdullayev bildirib ki, Azərbaycan və Macarıstan arasında bir çox sahələrdə olan sıx əməkdaşlıq Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban arasında formalaşmış qarşılıqlı etimad və anlaşmaya əsaslanır və bu iki dövlət arasında olan münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə mühüm zəmin yaradır.

Qeyd olunub ki, Azərbaycan və Macarıstan arasında formalaşmış sıx münasibətlər məhkəmə-hüquq sahəsində də əməkdaşlığın genişlənməsinə töhfə verir. Xüsusilə, konstitusiya nəzarətinin effektivliyi, o cümlədən vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqların təmin edilməsi mexanizmlərinin tətbiqi üzrə təcrübə mübadiləsi hər iki məhkəmənin fəaliyyəti üçün önəmlidir.

Görüş zamanı Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyəti, qərar qəbuletmə proseduru, məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verilib, hüquqi dövlətin inkişafında Konstitusiya Məhkəmələrinin rolu, Konstitusiya məhkəmələri arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Akoş Kozma səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanın Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələri Konfransı və digər beynəlxalq konstitusiya ədalət mühakiməsi sahəsində qurumlar çərçivəsində inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri