Icma.az
close
up
RU
Azərbaycan və Mərkəzi Asiya: ortaq tarixdən parlaq gələcəyə doğru ŞƏRH

Azərbaycan və Mərkəzi Asiya: ortaq tarixdən parlaq gələcəyə doğru ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü ölkəmizin region dövlətləri ilə münasibətlərinin inkişafında mühüm hadisələrdən biri kimi diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşdəki çıxışı qarşılıqlı etimadın, dostluğun, həmrəyliyin və strateji əməkdaşlığın müasir mərhələsini əks etdirməklə yanaşı, xalqlarımızın ortaq gələcəyinə dair mühüm mesajlarla yadda qaldı.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərin tarixi köklərə, ortaq mənəvi dəyərlərə və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu gün həmin münasibətlər siyasi dialoq, iqtisadi tərəfdaşlıq, energetika, nəqliyyat, humanitar əlaqələr və regional təhlükəsizlik kimi mühüm istiqamətlərdə daha da genişlənir. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın bu əməkdaşlıq formatında fəal iştirakını və region ölkələri ilə əlaqələrin inkişafına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi.

Dövlətimizin başçısının diqqət çəkdiyi məsələlərdən biri Mərkəzi Asiya ölkələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəkdir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi qardaşlığın və həmrəyliyin konkret ifadəsidir. Bu layihələr Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən qurulmasına töhfə verməklə yanaşı, xalqlarımız arasında mənəvi bağların gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu təhsil və mədəniyyət ocaqları dostluğun sözlə deyil, əməli fəaliyyətlə təsdiqləndiyini göstərir.

Energetika sahəsi də Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın mühüm istiqamətlərindəndir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Xəzər dənizindəki imkanları və inkişaf edən nəqliyyat infrastrukturu regionun enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında ölkəmizin rolunu artırır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəqli bu əməkdaşlığın praktiki əhəmiyyətini göstərir. Eyni zamanda, yaşıl enerji sahəsində birgə təşəbbüslər regionun enerji potensialından səmərəli istifadə və gələcək enerji bağlantılarının inkişafı üçün yeni perspektivlər açır.

Türkmənbaşı görüşündə imzalanan sənədlər də əməkdaşlığın davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Birgə Bəyanat və Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında qərar dövlətlər arasında siyasi dialoqun möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və ortaq təşəbbüslərin irəli aparılması üçün mühüm əsas yaradır. Bu sənədlər regional əməkdaşlığın yalnız bəyanatlar səviyyəsində qalmaması, konkret nəticələrə istiqamətlənməsi baxımından da əhəmiyyətlidir.

Prezident İlham Əliyevin çıxışında ifadə olunan yanaşmalar Azərbaycanın regionda sülhün, sabitliyin və iqtisadi tərəqqinin möhkəmləndirilməsinə verdiyi önəmi göstərir. Müasir dünyada dövlətlər arasında etibarlı tərəfdaşlığın, nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsinin, qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafının əhəmiyyəti getdikcə artır. Bu şəraitdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığı ortaq maraqların reallaşdırılması üçün geniş imkanlar yaradır.

Türkmənbaşı görüşü bir daha göstərdi ki, xalqlarımızı birləşdirən tarixi yaxınlıq müasir dövrdə konkret əməkdaşlıq layihələri, qarşılıqlı dəstək və gələcəyə yönəlmiş təşəbbüslərlə daha da möhkəmlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşdəki çıxışı bu münasibətlərin strateji əhəmiyyətini, xalqlarımızın ortaq məqsədlərini və əməkdaşlığın geniş perspektivlərini aydın şəkildə ifadə edir.

Əminliklə demək olar ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında inkişaf edən tərəfdaşlıq regionun iqtisadi potensialının artırılmasına, humanitar əlaqələrin dərinləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Füzuli və Ağdamda ucaldılan təhsil ocaqları qardaşlığın rəmzi, energetika sahəsindəki təşəbbüslər iqtisadi əməkdaşlığın dayağı, Türkmənbaşıda imzalanan sənədlər isə ortaq fəaliyyətin mühüm istiqamətidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi regional əməkdaşlıq siyasəti ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin daha da genişlənməsi üçün yeni imkanlar yaradır. Bu yol dostluğa, qarşılıqlı hörmətə və birgə inkişafa əsaslanır. Ortaq tariximizdən güc alan, bu günümüzdə həmrəyliklə möhkəmlənən münasibətlərimiz gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və firavan regionun formalaşmasına töhfə vermək potensialına malikdir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see281

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see281

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see277

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see260

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see250

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see247

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see236

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see231

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see230

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see228

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see219

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see216

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see216

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see213

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see210

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see206

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see201

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see197

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri