Azərbaycan və Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri müzakirə edilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
29 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Bildirilib ki, tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Nazirlər cari ildə olduğu kimi, növbəti ildə də ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduqlarını bildiriblər.
Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 29 Dekabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















