Icma.az
close
up
RU
Azərbaycan və Özbəkistan parlamentarilərinin onlayn görüşü olub

Azərbaycan və Özbəkistan parlamentarilərinin onlayn görüşü olub

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 2-də Azərbaycan və Özbəkistan parlamentlərindəki qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə bildirilib ki, Milli Məclisin İntizam komissiyasının sədri, parlamentin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov görüşdə çıxış edib. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə təbriklərini çatdıran komissiya sədri bildirib ki, prezidentlərimiz arasındakı qardaşlıq münasibətləri və fəal siyasi dialoq sayəsində bu gün bir çox sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etməkdədir. Eldar İbrahimov yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyini deyərək, parlamentlərimiz arasında qurulan səmərəli əməkdaşlıq münasibətləri, parlamentarilərimizin beynəlxalq təşkilatlarda və digər platformalarda birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.

Tədbirdə Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun həmsədrləri – senator Odiljon Mamatkarimov və deputat Alişer Kodirov çıxış edərək dövlət başçılarımızın siyasi iradəsi sayəsində möhkəm dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi, bu istiqamətdə parlamentlərimizin verə biləcəyi töhfələr barədə danışıblar.

Sonra hər iki tərəfdən parlamentlərarası əlaqələr üzrə qrupların üzvləri - Musa Quliyev, Günay Əfəndiyeva, Elman Nəsirov və Munojat Yolçuyeva qanunvericilik orqanlarında dostluq qruplarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, parlament strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi barədə düşüncələrini bildiriblər.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Videokonfransda Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov, Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri