Azərbaycan və Qazaxıstan data analitikası sahəsində əməkdaşlıq edə bilərlər
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Qazaxıstanla data analitikası sahəsində əməkdaşlığı müzakirə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərindən biri data analitikasıdır: “Bu istiqamətdə artıq müəyyən texniki çərçivəyə var. Lakin hələlik bu sahə üzrə tam funksional istifadə mümkün deyil. Hazırda biz bu istiqamətdə təqdim edilə biləcək məlumatları – məsələn, bazarlardakı qiymət dəyişiklikləri, gəlirlilik göstəriciləri, açılış və bağlanış qiymətləri və s. – dəqiqləşdiririk. İlkin mərhələdə bəzi məlumatlar qarşı tərəfə göndərilə bilməz, çünki onların uyğunluğu və istifadəyə yararlılığı üzərində əlavə işlər aparılmalıdır. Qazaxıstanla bu sahədə əməkdaşlıq imkanları genişdir və bir sıra texniki məsələlər üzərində danışıqlar davam edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 İyul 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















