Icma.az
close
up
RU
Azərbaycan və Qazaxıstan arasında ticarət, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq gücləndirilib

Azərbaycan və Qazaxıstan arasında ticarət, rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq gücləndirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan və Qazaxıstan arasında ticarət və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı və Qazaxıstan Respublikasının “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sənədin məqsədi iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi, elektron ticarət və rəqəmsal iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi, ixrac potensialının artırılması, həmçinin Azərbaycan və Qazaxıstan məhsullarının qarşılıqlı şəkildə rəqəmsal ticarət platformalarına çıxışının təmin edilməsidir.

Memorandum çərçivəsində tərəflər ticarətin təşviqi, rəqəmsal ticarətin inkişafı, ixracı dəstəkləyən tənzimləmələr və normativ baza üzrə məlumat mübadiləsi, eləcə də ortaq təşəbbüslərin reallaşdırılması barədə razılığa gəliblər.

“QazTrade” təşkilatının ixracın inkişafı üzrə direktoru Aynur Amirbekova bildirib ki, imzalanan sənəd iki ölkənin rəqəmsal ticarət sahəsində əməkdaşlığını yeni mərhələyə daşıyacaq: “Azərbaycan və Qazaxıstan iqtisadiyyatları bir-birini tamamlayan strukturlara malikdir. Bu əməkdaşlıq həm “QazTrade”, həm də “Azexport” üçün təcrübə və bilik mübadiləsi baxımından böyük imkanlar açır. Rəqəmsal ticarətin inkişafı sahəsində ortaq təşəbbüslər regionda bizneslərin rəqabət qabiliyyətini artıracaq və ixrac proseslərinin daha çevik şəkildə idarə olunmasına şərait yaradacaq”.

“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov isə qeyd edib ki, bu sənəd iki ölkə arasında iqtisadi əməkdaşlığın rəqəmsal müstəvidə daha da genişlənməsi baxımından əhəmiyyətlidir: “QazTrade” ilə imzalanan Anlaşma Memorandumu Azərbaycanın və Qazaxıstanın ortaq maraqlarına əsaslanır. Məqsədimiz sahibkarların rəqəmsal bazarlara çıxışını asanlaşdırmaq, yeni elektron ticarət modelləri üzrə təcrübə mübadiləsini təşviq etmək və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdir. Biz inanırıq ki, bu tərəfdaşlıq həm dövlət qurumları, həm də biznes icmaları üçün real nəticələr doğuracaq”.

Memorandum çərçivəsində tərəflər birgə rəqəmsal sərgi və ticarət platformalarının yaradılması, ortaq ixrac təşviqi tədbirlərinin təşkili, startap ekosisteminin inkişafı, eləcə də rəqəmsal iqtisadiyyat üzrə təlim və seminarların keçirilməsi istiqamətlərində əməkdaşlıq etməyi planlaşdırırlar.

Qeyd edək ki, “Azexport.az” portalı, həmçinin “Avrasiya Françayzinq Forumu – Bakı 2025” tədbirinin tərəfdaşlarından biridir. Forum çərçivəsində portalın rəhbəri Ayxan Qədəşov spiker qismində çıxış edərək elektron ticarət həlləri, rəqəmsal sərgi zalının fəaliyyəti və regional əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri