Azərbaycan və Qazaxıstan prezidentləri AZALın təyyarəsinin qəzaya uğraması ilə bağlı mühüm tapşırıqlar veriblər
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin, fövqəladə hallar nazirinin, baş prokurorun müavininin, səhiyyə nazirinin müavininin, Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavininin, AZAL-ın vitse-prezidentinin və Digər aidiyyatı dövlət qurumları nümayəndələrin AZAL-ın təyyarə qəzasını yerində araşdırmaq üçün Aktau şəhərinə yollanıblar.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi dövlət komissiyası yaradılıb.
Tokayev Astanadan Aktauya həkimlər göndərməyi və zərərçəkənlərə bütün lazımi dəstəyi göstərməyi əmr edib.
Qazaxıstanda baş vermiş təyyarə qəzasında sağ qalanların sayı 28 nəfərə çatıb, Mangistau vilayətinin səhiyyə idarəsinin mətbuat xidmətindən “RBC”-yə bildiriblər.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 25 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















