Qazaxıstan Baş nazirinin müavini: AZALın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Tengrinews.kz Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.
Hazırda Aktauda olan Baş nazirin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.
Baş nazirin müavininin sözlərinə görə, hazırda 38 nəfərin öldüyü məlumdur.
Baş nazirin müavini yanmış meyitlərin tanınmaz halda olduqlarını, onların morqa aparılacağını və şəxsiyyətlərinin müəyyənləşdiriləcəyini qeyd edib.
Bozumbayev onu da bildirib ki, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 25 Dekabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















