Azərbaycan və Serbiya generalları görüşdülər FOTO
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq sahəsində Yüksəksəviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi general-mayor Fərid Əliyevin və Serbiyanın Müdafiə Texnologiyaları İdarəsinin rəisi general-mayor Slavko Rakicin rəhbərlik etdikləri nümayəndə heyətləri görüşüb.
İclasın növbəti mərhələsində müxtəlif xidmət sahələrini təmsil edən altqruplarda "Rəqəmsal ordu", süni intellekt, kibertəhlükəsizlik, hava hücumundan müdafiə və insansız sistemlər sahələrində, həmçinin birgə təlim və məşqlərin təşkilinə dair müzakirələr aparılıb.
Tərəflər həmçinin hərbi və hərbi-texniki əlaqələrin cari vəziyyətini təhlil ediblər, əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 16 İyul 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















