Icma.az
close
up
RU
Azərbaycan və Somali arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək

Azərbaycan və Somali arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Bakıya rəsmi səfərdə olub. Prezident Hasan Şeyx Mahmudu rəsmi qarşılanma mərasimi ilə Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Bu səfərin əhəmiyyətli olması ölkələrimiz arasında olan səmimi münasibət-lərin formalaşmasının göstəricisidir. Hər iki ölkə bu münasibətlərin qorunub və inkişaf etdirilməsi üçün mühüm addımlar atılmasına maraqlıdır. Azərbaycan və Somali qarşılaşdığı çağırışlarla bağlı bənzər istiqamətli və mühüm mövqelər nümayiş etdirir. Ölkələrimiz bu baxımdan ərazi bütövlüyü və suverenlik amillərini dəstəkləyir və bütün beynəlxalq tədbirlərdə bir-birinə vacib dəstək göstərirlər. Azərbaycan və Somali arasındakı münasibətlərin yalnız ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq platformalarda inkişaf etdirilməsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq təkcə iqtisadi və siyasi sahələrlə məhdudlaşmır, eyni zamanda beynəlxalq təşkilatlarda birgə təşəbbüslərin irəli sürülməsinə də imkan yaradır.

Azərbaycan üçün Somali Afrikanın inkişaf edən bazarlarına çıxış üçün strateji qapı rolu oynaya bilər. Xüsusilə, ticarət və logistika sahələrində əməkdaşlıq hər iki ölkəyə qarşılıqlı fayda gətirə bilər. Somali Qırmızı dəniz və Hind okeanı arasında yerləşdiyi üçün Şərqi Afrika və Yaxın Şərq arasında ticarət yollarında əhəmiyyətli mövqeyə malikdir. Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu və digər logistika imkanları ilə birləşərək, bu marşrut yeni ticarət yolları üçün fürsət yarada bilər. Berbera və Mogadişu limanları Afrika daxilində və xaricində yükdaşımalar üçün mühüm mərkəzlərdir. Azərbaycan və Somali bu limanlar vasitəsilə yük daşımalarını inkişaf etdirə, logistika şəbəkələri qura bilər. Afrika bazarı kənd təsərrüfatı məhsulları, enerji resursları və texnologiyalar sahəsində yeni investisiyalara açıqdır. Azərbaycan kənd təsərrüfatı məhsulları, neft-kimya və digər sahələrdə Somali ilə əməkdaşlıq edə bilər.

Ticarət və logistika sahələrində Azərbaycan və Somali arasında əməkdaşlıq böyük potensiala malikdir. Azərbaycan Somali bazarına neft-kimya məhsulları, kənd təsərrüfatı məhsulları (buğda, pambıq, fındıq), içməli su və inşaat materialları ixrac edə bilər. Əvəzində isə, Azərbaycan Somali bazarından dəniz məhsulları, ət, tropik meyvələr, həmçinin bəzi təbii resurslar (duz, mədən materialları) idxal edə bilər. Qarşılıqlı münasibətlər fonunda iki ölkə arasında sənaye parkları və istehsal müəssisələrinin qurulması da mümkündür. Azərbaycan Berbera və Mogadişu Limanları vasitəsi ilə şirkətləri Afrikanın digər ölkələrinə məhsul göndərə bilər. Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Afrika-Avropa-Asiya marşrutlarında mühüm rol oynaya bilər. Azərbaycan Şərqi Afrika və Asiya ölkələri üçün bir tranzit mərkəzi rolunu oynaya bilər. Somalidən çıxan məhsullar BTQ vasitəsilə Avropaya daşına bilər. Bakı və Mogadişu arasında hava yük daşımalarının inkişaf etdirilməsi iki ölkə arasında ticarəti daha da asanlaşdıra bilər. Azərbaycan və Somali arasında imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcək.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri