Nazir: Somali ilə Azərbaycan arasında imzalanmış anlaşma memorandumu ikitərəfli əlaqələrin inkişafına təkan verəcək
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 3 iyun, AZƏRTAC
Somali böyük bərpaolunan enerji mənbələrinə sahibdir. Bu gün Bakıda keçirilən Bakı Enerji Forumunda iştirakımız, eyni zamanda qlobal fəaliyyətlərdə də iştirakımızı gücləndirir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Forumunda Somali Federativ Respublikasının energetika və su resursları naziri Abdullahi Bidhaan Varsame deyib.
“Biz Somalidə günəş stansiyaları qurmuşuq. Bu işləri davam etdirəcəyik və bərpaolunan enerjinin gücünü artıracağıq. Bu sahəyə investisiya yatırılmasını istəyirik. Somalidə bərpaolunan enerjinin potensialı genişdir. Bildiyiniz kimi, Somalidə ilin 360 günü günəş var. Günəş enerjisi Somali üçün yetərli enerji təmin edəcək”, - deyə somalili nazir qeyd edib.
Nazir, həmçinin Somali ilə Azərbaycan arasında əməkdaşlığa dair imzalanmış anlaşma memorandumunun əhəmiyyətindən də danışaraq qeyd edib ki, bu sənədlər iki ölkə arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına və ikitərəfli əlaqələrin bir çox sahələrdə inkişafına təkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 03 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















