Icma.az
close
up
RU
Azərbaycan və Surinam Xarici İşlər nazirlikləri arasında birinci siyasi məsləhətləşmələr keçirilib FOTOLAR

Azərbaycan və Surinam Xarici İşlər nazirlikləri arasında birinci siyasi məsləhətləşmələr keçirilib FOTOLAR

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan və Surinam Xarici İşlər nazirlikləri arasında birinci siyasi məsləhətləşmələr keçirilib. Azərbaycanın Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, məsləhəlləşmələr xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycanın hökumət missiyasının 3-5 mart tarixlərində baş tutan Surinam səfəri çərçivəsində həyata keçirilib.

Bildirilib ki, missiyanın tərkibinə İqtisadiyyat, Energetika, Elm və Təhsil, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “AzərGold” QSC nümayəndələri olub.

Səfər zamanı Elnur Məmmədov Surinamın xarici işlər, beynəlxalq biznes və beynəlxalq əməkdaşlıq naziri cənab Albert Ramdin, nazir müavini xanım Miriyam Makkintoş ilə görüşüb.

Görüşlərdə Azərbaycanın COP29-a sədrliyi çərçivəsində ötən ilin noyabr ayında ölkəyə səfər etmiş Surinamın Prezidenti Çan Santoxi ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünun nəticəsi olaraq Surinama Azərbaycan hökumət missiyasının gəlişi qarşı tərəfdən yüksək qiymətləndirilib və hər iki tərəf üçün maraq doğuran məsələlər, o cümlədən yüksək səviyyəli səfərlərin mübadiləsi, sərmayə, nəqliyyat, yaşıl enerji, humanitar, elm və təhsil, mədəniyyət və digər mümkün sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Surinam xarici işlər, beynəlxalq biznes və beynəlxalq əməkdaşlıq nazirliyi arasında birinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Surinamın xarici işlər, beynəlxalq biznez və beynəlxalq əməkdaşlıq nazirinin müavini Miriyam Makkintoş rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli və çoxtərəfli siyasi əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda Surinamın Xarici İşlər Nazirliyində təqdimatla çıxış edib. Təqdimatdan sonra Elnur Məmmədov Surinamın “CDS” dövlət media agentliyinə müsahibə verib.

Hökumət missiyasının üzvləri üçün Surinamın müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşləri təşkil edilib. Müxtəlif sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.

Səfər zamanı Azərbaycan hökumət missiyasının üzvləri “Staatsoile” dövlət neft şirkətində görüş keçirib, “Tout Lui Fo” neft emalı zavoduna tanışlıq turu təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri