Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığın növbəti addımlarını müəyyənləşdirib
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İzmirdə energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar görüş keçiriblər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Pərviz Şahbazov “X” sosial şəbəkəsində baylaşım edib.
İzmirdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və nümayəndə heyətlərinin iştirakı ilə karbohidrogen və bərpa olunan enerji sahələrində ikitərəfli və regional əhəmiyyətli layihələr üzrə əməkdaşlığımızın inkişafına dair səmərəli görüş keçirdik. Türkiyə istiqamətində müxtəlif marşrutlar üzrə elektrik enerjisi ixracı üçün infrastrukturun yaradılması məsələlərini müzakirə etdik”, - paylaşımda qeyd olunur.
Həmçinin İzmirdə keçirilən Azərbaycan-İtürkiyə IV.Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə işçi qruplarının məruzələrini dinlənilərək əməkdaşlığın növbəti mərhələləri üzrə addımları müəyyənləşdirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Sentyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















