Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə liderləri sülh və tərəqqi üçün birgə səylərini davam etdirirlər

Azərbaycan və Türkiyə liderləri sülh və tərəqqi üçün birgə səylərini davam etdirirlər

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən iki il ötür. Bu ağır faciə həmin günlərdə bütün Azərbaycan xalqını dərindən sarsıtdı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən həm dövlətimiz, həm də sıravi insanlarımız heç bir yardım çağırışını gözləmədən Türkiyəyə kömək etmək, öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Azərbaycan Türkiyəyə 100-dən çox xilasedicilər göndərdi. Onlar dağıntılara məruz qalmış ərazilərdə böyük fədakarlıq göstərdilər, çox sayda insanın həyatını xilas etdilər. Eləcə də Azərbaycan nümayəndə heyətinin Qəhramanmaraşda qurduğu səhra xəstəxanalarında bir çox yaralılara ilkin tibbi yardımlar göstərildi. Adi insanlarımız da zəlzələdən zərər çəkənlərin harayına yetişmək üçün hər cürə fədakarlıqlar edirdilər.
Eyni zamanda, Qəhramanmaraşda Azərbaycan hökumətinin maliyyə dəstəyilə “Azərbaycan Məhəlləsi”nin inşasına başlanıldı. Ağır dağıntıya məruz qalmış bu yaşayıs massivində aparılan genis quruculug işləri hazırda tamamlanmaq üzrədir. Beynəlxalq standartlara uyğun qurulan “Azərbaycan Məhəlləsi”nin yüksək səviyyədə açılışının olacağı planlaşdırılır. Bu məhəllə iki ölkənin birlik və qardaşlığının bariz nümunəsi sayılır. Prezident İlham Əliyev də ötən gün (2025-ci il fevralın 5-də) Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanaldığı məktubda bildirib ki, qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Qəhramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağımızdan böyük fəxr və qürur hissi duyuruq.
Sözügedən məktubunda Azərbaycan xalqının və dövlətinin iki il bundan əvvəl baş vermiş dəhșətli zəlzələ faciəsi ilə bağlı qardaş Türkiyənin kədərini bölüşdüyünü bildirən dövlətimizin başçısı istər bu cür ağır sınaqlarla üz-üzə qaldığımız məqamlarda, istərsə də xoş günlərdə həmişə bir-birimizin yanında olduğumuzu vurğulayıb: “Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafinda səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü".
Məktubunda həmçinin “Bir millət, iki dövlət” fəlsəfəmizi xatırladan Prezident İlham Əliyev birlik və bərabərliyimizin, həmrəyliyimizin bundan sonra da eyni əsaslar üzərində davam edəcəyinə əminliyini bildirib: “Həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir. Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.
Bəli, ortaq hədəflərimizə çatmaq üçün birgə səylərimizin bundan sonra da uğurla davam edəcəyinə hamımız dərindən inanırıq. Bu gün dünyanın güclü və qüdrətli dövlətlərindən biri kimi qəbul edilən Türkiyə ilə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın sıx müttəfiqlik və qardaşlıq münasibətlərinə malik olması gücümüzü artırmaqla yanaşı, bütün regionumuz üçün sabitlik amilinə çevrilib. Azərbaycan və Türkiyə liderləri sülh və tərəqqi üçün birgə səylərini davam etdirirlər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Fevral 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri