Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə səylərini birləşdirərək Suriyanın yenidən qurulmasında fəal iştirak edirlər

Azərbaycan və Türkiyə səylərini birləşdirərək Suriyanın yenidən qurulmasında fəal iştirak edirlər

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycan təbii qazının qardaş Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanıldı. Bu, ən yeni tariximiz və qlobal enerji siyasətimiz üçün olduqca böyük əhəmiyyətə malik mühüm strateji hadisədir. Suriya Azərbaycanın təbii qaz ixracı siyasətində tamamilə yeni istiqamətdir. Bundan əvvəl Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təchizatını özü üçün əsas proritet istiqamət kimi qəbul etmişdi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan mühüm rol oynayır. Bu yaxınlarda isə ölkəmizdən Ukraynaya da təbii qaz ixrac olunmağa başlayıb. Suriyaya qaz nəqlinə başlamağımız isə Cənubi Qafqazdan Yaxın Şərqə yeni enerji istiqamətinin açılması anlamına gəlir. Bu isə o deməkdir ki, ölkəmizin geoiqtisadi təsir dairəsi daha da genişlənir.
Azərbaycan qazının Suriyaya nəqli üçün hazırlıqlar çox qısa müddətdə həyata keçirildi. Belə ki, mavi yanacağımızın Türkiyə ərazisindən Suriyaya ixracına cari ilin aprel ayının 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında start verilib. Bu prosesin belə qısa zaman kəsiyində uğurla baş tutmasında heç şübhəsiz ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında enerji sektoru sahəsində sıx əməkdaşlığın mövcud olması da mühüm rol oynayıb. Məhz Azərbaycan və Türkiyənin uzun illərə dayanan strateji enerji tərəfdaşlığı bu gün Suriyaya qaz nəqli layihəsinin sürətli şəkildə reallaşdırılmasına şərait yaradıb.
Beləliklə, bu gün Azərbaycan və Türkiyə səylərini birləşdirərək Suriyanın yenidən qurulmasında fəal iştirak edirlər. Bu ölkənin postmüharibə dövründə inkişafına dəstək göstərmək istiqamətində Bakı və Ankara birgə fəaliyyət göstərir. Uzun illər davam edən müharibənin fəsadlarından əziyyət çəkən Suriyada bu gün sosial rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində Azərbaycan dövlətinin suriyalılara sıx dəstəyi həm humanizm nümunəsi, həm də türk-islam həmrəyliyinin bariz göstəricisidir.
Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması, eyni zamanda, ölkəmizin qlobal miqyasda etibarlı və strateji enerji təchizatçısı imicini möhkəmləndirir. Bu layihə ölkəmizin qaz ixracı coğrafiyasının yeni istiqamətlər üzrə şaxələndirilməsinə və genişləndirilməsinə də mühüm töhfələr verəcək. Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələri, o cümlədən Ukrayna və Suriyaya qaz nəqli təşəbbüsləri ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malik olduğunu göstərir. Prezident İlham Əliyevin çevik diplomatiya və enerji siyasətinin nəticəsi olaraq, Azərbaycan-Suriya əlaqələri sürətlə bərpa olundu və bu gün Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoydu.
"Bir millət, iki dövlət" anlayışına əsaslanaraq hər zaman Türkiyənin yanında olan Azərbaycanın təbii qazının Suriyaya ixracı nəticəsində bu ölkədə müharibə dövründə sıradan çıxmış elektrik stansiyaları da yaxın zamanda fəaliyyətə başlamaq imkanı qazanacaq. Hələlik ilkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına nəql olunacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində Suriyada təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və həmçinin qaçqınların ölkəyə geri qayıdış prosesini sürətləndirəcək. Müharibələrdən əziyyət çəkən ölkələrin bərpasında Azərbaycanın fəal iştirakı böyük qürur hissi doğuran missiyadır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Avqust 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri