Icma.az
close
up
RU
Türkiyə və Azərbaycan Suriyanın bərpasında yaxından iştirak etməkdə maraqlıdır Deputat

Türkiyə və Azərbaycan Suriyanın bərpasında yaxından iştirak etməkdə maraqlıdır Deputat

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan-Suriya münasibətləri qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan yeni mərhələdədir. Suriya keçid hökumətinin prezidenti Əhməd Əl Şaraanın Azərbaycana rəsmi səfərə gəlməsi regionda baş verən mühüm geosiyasi dəyişikliklər fonunda strateji əhəmiyyət daşıyır. Bu səfər möhtərəm cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və düşünülmüş xarici siyasətin növbəti təzahürüdür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Azərbaycanla Suriya arasındakı əlaqələrin inkişaf etməsindən danışarkən bildirdi.

"Bilindiyi kimi Baas rejimi dövründə Azərbaycan-Suriya münasibətləri bəlli diplomatik situasiyalardan dolayı kəsilmişdi. Eyni zamanda keçmiş prezident Bəşər Əsəd və komandası hər daim ermənipərəst mövqeyi ilə seçilirdi və bu da Şam-Bakı əlaqələrinə ciddi zərər vermişdi. 

Lakin, Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni bir səhifə açılır. Türkiyə və Azərbaycan Suriyanın bərpasında yaxından iştirak etməkdə maraqlıdır və bu səfər gələcək perspektivlərin müəyyənləşdirilməsi kontekstində olduqca əhəmiyyətlidir. 

Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, dialoq və əməkdaşlıq platforması kimi qəbul olunması bu səfərlə bir daha təsdiq olundu. Tərəflər arasında qarşılıqlı hörmətə, daxili işlərə qarışmamaq prinsipinə və suverenliyə əsaslanan münasibətlərin formalaşması, gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradır", - deyə millət vəkili vurğuladı.

Siyasətçi qeyd etdi ki, bu görüş ikitərəfli münasibətlərin, eyni zamanda bütövlükdə regionda sabitlik və inkişaf naminə göstərilən səylərin bariz nümunəsidir.

"Enerji, iqtisadiyyat və humanitar sahələrdə müzakirə olunan məsələlər, Azərbaycanın dinc quruculuq missiyasına, eyni zamanda beynəlxalq hüquqa sadiqliyinə işarədir.

Azərbaycan heç bir qütbdən asılı olmayan, müstəqil və milli maraqlara söykənən siyasət həyata keçirir. Bu mövqeyin əsasını cənab Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə həyata keçirtdiyi siyasət təşkil edir. Suriya ilə qurulan dialoq da məhz bu müstəqil və prinsipial siyasətin nəticəsidir", - deyə Günay Ağamalı bildirdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyul 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri