Icma.az
close
up
RU
Azərbaycan Türkiyə ilə çiyin çiyinə Suriyanın yenidən qurulmasında iştirak etməlidir ŞƏRH

Azərbaycan Türkiyə ilə çiyin çiyinə Suriyanın yenidən qurulmasında iştirak etməlidir ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanətidir.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 13-də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır.

Prezident əlavə edib ki, Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulanıb ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır.


Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, Suriya istər tarixi Azərbaycan, istərsə də Azərbaycan Respublikası üçün özünün bir parçasıdır:


"Suriya bizim üçün yabancı coğrafiya deyil. Baxmayaraq ki,  bir ərəb dövləti kimi qəbul edilir, lakin tarixən böyük türk coğrafiyasının bir hissəsi olub və bu gün də elə qalmaqdadır. Üstəlik, Azərbaycana birbaşa dəxli olan ərazidir. Azərbaycanın Suriyada maraqlarının olması qeyri-adi bir şey deyil. Əksinə, qardaş ölkə olaraq, Suriya ilə bağlı bizdən çox böyük gözləntilər var. Hətta bu yaxınlarda Suriyadakı türkmən qardaşlarımız müraciət etmişdilər ki, bizim xaraba qoyulmuş yurdlarımızın bərpasında Azərbaycan dövlətini arxamızda görmək istərdik. "Azərbaycan əlindəki imkanlarla bizə yardımçı olsun". Hələ də Suriyanın ən qədim və məşhur şəhərlərindən olan Hələbdə böyük şairimiz Nəsiminin məqbərəsi mövcuddur. Digər tərəfdən qardaş Türkiyə Suriya hərəkatının önündə gedir. Türkiyə haradadırsa, biz də oradayıq. Yəni əl-ələ verərək, çiyin-çiyinə bu dövlətin yenidən qurulmasında Azərbaycan dövləti də iştirak etməlidir. Cənab Prezident İlham Əliyev də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən məhz bunu dilə gətirib".


Şərhçi əlavə edib ki, ümumiyyətlə həm asan, həm də çətin gündə Türkiyə ilə birlikdəyik:

"Söhbət Suriyadan gedirsə, orada bizim milyonlarla soydaşımız, Suriya türkləri, bayır-bucaq türkmənləri yaşayır. Eyni zamanda bu yolda ilk addımlar da atılıb. Azərbaycanın nümayəndəsi Suriyaya gedib. Həmçinin Türkiyə üzərindən bu ölkəyə humanitar yardım göndərilib. Prezident bu fikirləri söz xatirinə demir və əməldə də həyata keçirməyə davam edəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Fevral 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri