Azərbaycan və Vyetnam arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Sazişi təsdiq edilib
Icma.az bildirir, Milli.az portalına istinadən.
"Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanda qeyd olunub:
2025-ci il oktyabrın 26-da Hanoy şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərsin.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 21 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















