Azərbaycan və Yaponiya İKT və poçt xidmətləri üzrə memorandumun icrası üçün işçi qrupu yaradırlar FOTO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan və Yaponiya "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi arasında İKT və poçt xidmətləri sahələrində Əməkdaşlıq Memorandumu"nun icrası məqsədilə işçi qrupunun yaradılması və iş planının hazırlanması barədə razılığa gəlib.
Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı" mövzusunda seminarda baş tutub.
Seminarın açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbirin mövzusunun regionun inkişafı və gələcək rifahı üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib, qeyd edib ki, hazırda tikintisi davam edən Transxəzər fiber-optik kabel layihəsi Avropa ilə Asiyanı birləşdirən yüksəksürətli və təhlükəsiz alternativ marşrut yaradaraq Azərbaycanı regional rəqəmsal mərkəzə çevirəcək.
S.Məmmədov əlavə edib ki, dayanıqlı genişzolaqlı internet infrastrukturunun qurulması, habelə "2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın təsdiq edilməsi və Milli Süni İntellekt Mərkəzinin yaradılması Azərbaycanda rəqəmsal transformasiyanı gücləndirəcək əsas təşəbbüslərdəndir.
Tədbir çərçivəsində iki ölkənin nazirlərinin imzaladığı Əməkdaşlıq Memorandumunun mübadilə mərasimi keçirilib.
Daha sonra S.Məmmədovla Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyində dövlət naziri Noriko Horiuçi arasında ikitərəfli görüş keçirilib. Görüşdə yeni texnologiyalar, xüsusilə süni intellekt və əşyaların interneti kimi prioritet sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 18 Noyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















