Azərbaycan Vəhdət Partiyasının funksioneri ürək köçürmə dələduzluğunda ittiham olunur
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, 38 yaşlı Rasim Xudaverdiyev müxtəlif vədlərlə 10 nəfər adamı aldadıb, onların pullarını ələ keçirməkdə ittiham olunur. Məsələn, Zöhrab İmanovu Sumqayıt və ya Gəncə şəhərindəki universitetlərin birinə qəbul etdirmək adı ilə onun valideynindən bir neçə dəfəyə ümumilikdə 11 min 600 manat pul aldığı iddia edilir. O, ürək xəstəliyindən əziyyət çəkən Emil Məmmədovun valideynlərinə onların övladlarını Belarusda ürək köçürmə əməliyyatı elətdirməyə söz verib. Rauf Məmmədova deyib ki, “Vəhdət” xeyriyyə fondu vasitəsilə onun oğlunun müalicəsinə yardım edəcək. Bunun üçün Rauf Məmmədovdan bir neçə dəfəyə 4150 manat pul alıb.
Rasim Xudaverdiyev bir neçə zərərçəkmişi “Vəhdət” partiyasının fəaliyyət göstərdiyi ofisdə işə götürmək, sosial yardım verilməsini təşkil etmək adı ilə aldatmaqda ittiham olunur. Rasim Xudaverdiyev məhkəmədə özünü qismən təqsirli bilib, ona verilmiş dələduzluq ittihamların bəzilərini qəbul edib. O, bildirib ki, zərərçəkmişlərə vurduğu ziyandan bir qismini ödəyib, qalanını ödəməyə imkanı yoxdur. Əməlindən peşmandır, hakimdən ona yüngül cəza verilməsini xahiş edib.
Məhkəmə ziyanın bir hissəsini ödəməsini, himayəsində azyaşlı uşağının olmasını Rasim Xudaverdiyev üçün yüngülləşdirici hallar hesab edib. O, Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq – təkrar törədildikdə) və 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək, 3 il 2 ay 26 gün azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vəhdət Partiyası 1994-cü ildə Hacı Cəbrayıl Əlizadənin rəhbərliyilə yaradılıb. 1998-ci ildən 2025-ci ilin 14 iyununa qədər partiyaya keçmiş deputat Tahir Kərimli sədrlik edib. Hazırda isə bu partiyanın sədri Adəm İsmayıl Bakuvidir.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 18 Noyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















