Vəhdət partiyasının növbədənkənar VI qurultayı keçirildi
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Bakı, 14 iyun 2025-ci il – Bu gün Bakının “Badamdar Biznes & Residence Complex”in Zalında Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirildi. Qurultayda ölkənin bütün rayonlarından seçilmiş 510 nümayəndə, eləcə də təxminən 50-60 ictimai-siyasi qonaq iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gündəlikdəki məsələlər üzrə çıxışlar zamanı bütün nümayəndələrə fikirlərini sərbəst və açıq ifadə etmək imkanı yaradıldı.
Qurultayın əsas qərarı ilə Adəm İsmayıl Bakuvi tam səs çoxluğu ilə, açıq səsvermə yolu ilə partiyanın yeni sədri seçildi. Yeni sədr Qurultay qarşısında öz siyasi platformasını və Vəhdət Partiyasının strateji hədəflərini təqdim etdi.
Tədbirin sonunda Qurultay nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etdilər. Bu müraciətdə dövlət başçısının apardığı siyasətə dəstək ifadə olundu və milli birliyə çağırış yer aldı.
Qurultay Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşdı.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 İyun 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















