Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 85 əcnəbini ölkədən deportasiya edib.
BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Türkmənistan, Azərbaycan, Rusiya, Misir, Belarus, Özbəkistan, Efiopiya, İordaniya, Kuba, Vyetnam, Banqladeş, Nigeriya, Pakistan, Tailand, Filippin və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
Xəbərdə bildirilir ki, cari il ərzində Miqrasiya İdarəsi tərəfindən artıq 2 726 qanunsuz əcnəbi Gürcüstandan çıxarılıb ki, bu da ötən ilin ümumi rəqəmindən iki dəfə çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Avqust 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















