Icma.az
close
up
RU
Azərbaycan WUF13 üzrə hazırlıqlarını beynəlxalq auditoriyaya açıqladı KONKRET

Azərbaycan WUF13 üzrə hazırlıqlarını beynəlxalq auditoriyaya açıqladı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 3-cü sessiyası işini başa çatdırıb.

KONKRET.az xəbər verir ki, İki gün davam edən tədbir çərçivəsində nümayəndə heyətləri və Keniyada akkreditə olunmuş diplomatik missiyaların rəhbər şəxsləri üçün brifinq təşkil olunub. 200-dən çox nümayəndənin təmsil olunduğu tədbirdə 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

Brifinqdə çıxış edən Anar Quliyev “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək WUF13-ün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, Azərbaycanın beynəlxalq tərəfdaşlarla birgə qlobal proseslərə töhfələrinin təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb. O, Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Liderlərin Zirvə Görüşünün keçiriləcəyini diqqətə çatdırıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Foruma hazırlıq prosesi ilə bağlı Azərbaycan Hökumətinə təşəkkür edib, ölkəmizin qlobal şəhər gündəliyinə sadiqliyini və nümunəvi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, WUF13 bütün tərəfdaşların hər kəs üçün layiqli mənzil təmin etmək öhdəliklərini yeniləməsi üçün mühüm mərhələ olacaq.

Brifinqdən sonra mətbuat nümayəndələri ilə görüş keçirilib və WUF13-lə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Sessiyanın gündəliyi çərçivəsində BMT-nin Məskunlaşma Proqramı Assambleyasının “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun ötən ay 2025-2026-cı illər üzrə həmsədrləri seçilən Azərbaycan və Somalinin adından Azərbaycan nümayəndə heyətinin başçısı Anar Quliyevin məruzəsi dinlənilib. Məruzədə həmsədrlik dövrü ərzində bu prosesin irəli aparılması planları barədə məlumat verilib.

Həmçinin WUF13-ün ev sahibi Azərbaycanın adından sessiyada iştirak edən nümayəndə heyətləri və diplomatik korpusun rəhbərləri üçün rəsmi qəbul təşkil edilib. Sessiya ərzində Anar Quliyev digər ölkələrdən iştirak edən nümayəndə heyətlərinin başçıları ilə müxtəlif müzakirələr də keçirib.

İki gün ərzində UN-Habitatın mənzil-qərargahında qurulan WUF13-ün tanıtım stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirlərdə Azərbaycanın Keniya və Konqoda (Brazzaville) fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidə daimi nümayəndəsi Sultan Hacıyev, Azərbaycan Respublikasının Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təmsilçiləri iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Noyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see239

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see238

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see202

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see174

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see161

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see152

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see145

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see144

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see140

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see134

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

25 Noyabr 2025 12:36see132

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see131

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see128

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see127

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see120

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri