Icma.az
close
up
RU
Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini qürurla anırıq! ŞƏRH

Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini qürurla anırıq! ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

12 dekabr - Azərbaycan Xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anım günü Azərbaycan xalqı üçün yalnız tarixi bir xatırlatma deyil, həm də dövlətçilik təfəkkürünün yenidən qiymətləndirildiyi, milli iradənin formalaşmasının dərin mahiyyətinə nəzər salınan xüsusi bir gündür. Hər il olduğu kimi bu il də xalqımız dahi liderin ölkəmizin taleyinə həsr etdiyi ömrü böyük ehtiramla yad edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində dönüş nöqtəsi, milli yaddaşda isə qurtuluş, təhlükəsizlik, sabitlik və inkişaf rəmzi kimi yaşayır. Çünki Ulu Öndərin hakimiyyətə gəlişi təkcə siyasi rəhbər dəyişikliyi deyil, dövlətçilik məfkurəsinin möhkəmləndirilməsi, xalqın öz gələcəyinə inamının bərpası demək idi.

Məlum olduğu kimi, XX əsrin sonlarında ölkəmiz üçün son dərəcə mürəkkəb və ziddiyyətli bir dövr yaşanırdı. Təhlükəsizlik böhranı, separatizm və idarəetmədə xaos yeni müstəqil dövlətin mövcudluğunu sual altına qoymuşdu. Məhz belə bir həssas məqamda Heydər Əliyevin siyasi səhnəyə qayıdışı millətin taleyində dönüş yaratdı. Ulu Öndərin qətiyyətli iradəsi, siyasi müdrikliyi və geniş təcrübəsi sayəsində ölkədə sabitlik bərpa edildi, dövlət quruculuğu prosesləri sistemli xarakter aldı. O dövrdə Azərbaycan üçün ən mühüm məsələ dövlət aparatı, ordu, hüquq-mühafizə və idarəçilik sistemlərinin yenidən qurulması idi. Ümummilli Lider bu proseslərin hər birinə şəxsən rəhbərlik etməklə müstəqilliyin qorunmasını təmin etdi. Bu səbəbdən də 1993-cü il siyasi tariximizdə dövlətçiliyimizin xilas olduğu il kimi yadda qaldı. Dövlətçilik fəlsəfəsi Heydər Əliyevin fəaliyyətində mərkəzi yer tuturdu. Ulu Öndər Azərbaycanı təhdidlərdən qorumaqla kifayətlənmədi, həm də ölkənin müasir dünya sisteminə inteqrasiyası üçün möhkəm baza formalaşdırdı. Əsrin müqaviləsinin imzalanması bunun ən bariz nümunəsidir. Bu tarixi sənəd təkcə iqtisadi inkişafa yol açmadı, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynadı. Ölkəyə sərmayələr cəlb edildi, enerji strategiyası formalaşdı, Azərbaycanın dünyaya açılan güc mərkəzi kimi mövqeyi möhkəmləndi. Bu gün Azərbaycanı regionda enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi görən dövlətlər Ulu Öndərin uzaqgörən siyasətini daha aydın dərk edirlər. Əlbəttə ki, Ümummilli Liderin mühüm tarixi xidmətlərindən biri də milli həmrəylik fəlsəfəsinin dövlət idarəçiliyində əsas prinsipə çevrilməsidir. Heydər Əliyev bütün çıxışlarında xalqın birliyinin dövlətin sütunu olduğunu vurğulayırdı. Bu gün müstəqil Azərbaycan cəmiyyətində müşahidə olunan həmrəylik və birlik ənənəsi məhz Ulu Öndərin yaratdığı ideoloji zəmin üzərində formalaşıb. Bununla yanaşı, Ümummilli Lider təhsil, mədəniyyət, ordu quruculuğu və gənclər siyasəti kimi sahələrdə də sistemli islahatların əsasını qoydu. Xüsusilə ordu quruculuğu istiqamətində atılan addımlar sonralar Azərbaycanın hərbi-siyasi qüdrətinin təməlini təşkil etdi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər də məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı ordunun, kadr potensialının və hərbi strategiyanın davamı idi.

Onu da qeyd edək ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən son dərəcə uğurlu siyasi strategiya da Heydər Əliyev ideyalarının məntiqi davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın qlobal nüfuzunun yüksəldilməsi, iqtisadi və hərbi gücünün artırılması Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına söykənir. Məhz bu davamlılıq sayəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi gücünə çevrilib. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri ilə münasibətləri balanslı şəkildə inkişaf edir, ölkəmizin suverenliyi və təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. Dövlət başçısının müəyyən etdiyi strateji xətt ölkənin hərbi-siyasi mövqelərini getdikcə möhkəmləndirir. Bu gün Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və sülhün təminatçısı kimi çıxış edir. Ordu quruculuğunda əldə olunan nəticələr, həyata keçirilən sosial-iqtisadi islahatlar və möhkəm siyasi sabitlik Heydər Əliyev ideyalarının bu gün də dövlət idarəçiliyinin əsasını təşkil etdiyini göstərir.

Ən əsası, 12 dekabr təkcə bir anım günü deyil - bu tarix hər birimiz üçün milli kimliyimizin, dövlətçiliyimizin və gələcək hədəflərimizin yenidən dərk edilməsinə imkan verir. Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, onun ideyaları, siyasi irsi və dövlətçilik modeli əsrlər boyu yaşayacaq, xalqımıza yol göstərəcək.

Nizami Çıraqov,

YAP Göygöl rayon təşkilatı üzrə 2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri