Azərbaycan XİN başçısı yaxın zamanlarda suriyalı həmkarı ilə telefonla danışacağını açıqlayıb
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Yaxın zamanlarda Azərbaycan və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olacaq.
Moderator.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Suriyadakı Azərbaycan səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa edib:
"Daha sonra Əsəd rejiminin qeyri-dost addımları nəticəsində dayandırıldı. Ancaq rejim devrildikdən sonra iki ölkə arasında münasibətlərin bərpası istiqamətində addım atıldı. Artıq bu ölkəyə ilk humanitar yardımı da göstərmişik".
C.Bayramov vurğulayıb ki, Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək.
XİN başçısı həmçinin son Azərbaycan vətəndaşı ölkəyə qaytarılanadək Suriyadan repatriasiya prosesinin davam etdiriləcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 13 Mart 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















