Azərbaycan XİN rəhbəri: Sülh müqaviləsinin mətni üzrə bəlli irəliləyişlər əldə edilib
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Azərbaycan-Ermənistan postmünaqişə münasibətlərinin formalaşması istiqamətində işlər bu il ərzində də davam etdirilib. Müxtəlif istiqamətlərdə müsbət inkişaflar olub".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir vurğulayıb ki, bunların sırasında xüsusilə aprel ayında ilk dəfə olaraq, iki dövlət arasında sərhədin bəlli bir hissəsinin delimitasiyası və demarkasiyasının həyata keçirilməsini qeyd etmək olar:
"Avqust ayında iki ölkə tərəfindən delimitasiya komissiyalarının reqlamentinin təsdiq edilməsini və bu istiqamətdə işlərin davam etməsini qeyd edə bilərik. Eynilə sülh müqaviləsi üzrə çoxsaylı görüşlər həyata keçirilib. Mətn üzrə mübadilələr davam etdirilib. Burada da, baxmayaraq ki, açıq suallarımız hələ də var, bəlli irəliləyişlər əldə edilib".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















