Icma.az
close
up
RU
Azərbaycan, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində Fransanın post kolonial siyasətini ifşa etməkdədir

Azərbaycan, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində Fransanın post kolonial siyasətini ifşa etməkdədir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vyetnam tarixi və coğrafi olaraq Çinin təsir dairəsində olan bir dövlət olub. Lakin 1858-ci ildə Fransa tərəfindən işğal olunaraq tam 1 əsr fransız kolonializmindən əziyyət çəkib. Vyetnam xalqının azadlıq mübarizəsinin başçısı Ho Şi Min 2-ci dünya müharibəsindən sonra başlatdığı milli hərəkat ilə fransız kolonializminə son qoymağa nail oldu. 7 may 1954-cü ildə məhz onun liderliyi ilə Vyetnam milli hərəkatı ölkədəki sonuncu fransız qarnizonunu məhv edərək kolonialistləri ölkədən çıxardılar. Buna görə 7 may Vyetnamda milli bayram, tarixi əhəmiyyətli bir gündür”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə danışıb. Politoloq qeyd edib ki, Vyetnamın Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfərinin məhz həmin gündə təşkil olunması təsadüfi deyil: “Azərbaycan xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində Fransanın post-kolonial siyasətini ifşa edən fəaliyyətləri ilə Qlobal Cənubun maraqlarının ən qabaqcıl təmsilçisi rolunu oynayır. Fransız kolonializminin izləri Vyetnam xalqının tarixi yaddaşında silinməz yara izləri qoyub. 1 əsrlik işğal və istismar sadəcə təbii resursların istismarı deyildi, həm də məcburi əmək düşərgələri demək idi, Fransız zorakılıqlarına etiraz edən xalqın zaman-zaman başlatdığı azadlıq hərəkatlarının yatırılması zamanı törədilən cinayətlər demək idi. Təkcə 1945-1954-cü illərin azadlıq hərəkatında 400 min-1 milyon arası vyetnamlının həlak olduğu təxmin edilir. Beləliklə, fransız kolonializmi 1-2 milyon vyetnamlının ölümü ilə nəticələnmişdir. Bu tarixi cinayətləri Vyetnam xalqı öz muzeylərində və memoriallarında saxlayaraq gələcək nəsillərə ötürməkdə maraqlıdır. Lakin biz Fransanın post-kolonial siyasətinin dünyada davam etdiyini görürük. Bu, xüsusilə iqtisadi neo-kolonializmdir. Azərbaycanın da dəstəyi ilə bu siyasət ifşa olunmaqdadır”.

Şəhla Cəlilzadə

Politoloq qeyd edib ki, artıq Vyetmam regional əməkdaşlıq layihələrinə üstünlük verir və Vyetnam hazırda rəsmi olaraq nə qlobal Şərq-Qərb, nə də qlobal Şimal-Cənub dəhlizinin bir parçası olmasa da, hər iki qlobal dəhlizin qurucularının maraq dairəsində yer alır.

Şəhla Cəlilzadə vurğulayıb ki, Çin qlobal Şərq-Qərb dəhlizini formalaşdıran “Bir kəmər, bir yol” inisiativinə əlavə olaraq Vyetnamla xüsusi “İki dəhliz, bir kəmər” layihəsini başladıb: “Bu layihə Vyetnamın şimalından cənubuna 1541 km-lik sürətli dəmir yolu xəttinin inşasını (2035-dək) nəzərdə tutur. 67 milyard dollarlıq bu layihə Şərq-Qərb qlobal dəhlizinin uzantısı olacaq. Bunun fonunda Hindistan da Şimal-Cənub dəhlizini şərqə doğru uzatmaq üçün Hindistan-Myanma-Tayland dəmiryolu xəttinin çəkiləcəyini və gələcəkdə bu xəttin Vyetnamadək uzanacağını elan edib.

Göründüyü kimi, Vyetnam iki qlobal dəhlizin kəsişəcəyi və qarşıdakı 100 ildə yenidən qlobal qovşaq məkanına çevrilə biləcəyi bir coğrafiyadır. Bununla yanaşı, Vyetnam balanslı siyasət yürütməyə çalışaraq həm Çin, həm də Qərblə münasibətlərini inkişaf etdirir. Bu coğrafiyada Fransa öz təsirini qorumaq üçün Vyetnamın Frankafoniya üzvü olaraq mədəni təsir imkanlarından və iqtisadi təsir amillərdən istifadə etməyə çalışır”.

Politoloq bildirib ki, Vyetnam Fransa ilə münasibətdə praqmatik siyasət yürütməklə yanaşı, keçmişin izlərini də daima qoruyur və Azərbaycan da soyqırımdan əziyyət çəkən bir dövlət olaraq Vyetnamın mənəvi yaralarını anlayır: “Soyqırım cinayətlərin qlobal ifşası Vyetnam və Azərbaycan xalqları üçün mənəvi rahatlıq bəxş edə bilər. Bu istiqamətdə davamlı siyasət nəticəsində bir gün gələcək ki, Xocalı soyqırımına görə Ermənistan Azərbaycandan və kolonializm cinayətlərinə görə Fransa Vyetnamdan üzr istəyəcək”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri