Azərbaycan yaxın gələcəkdə Avropanın elektrik enerjisinin təminatında yaşıl enerjisi ilə iştirak edəcək
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşıdır və Azərbaycan son illərdə enerji təsərrüfatını yenidən qurmuşdur.
Azər Badamov
“Bu gün Azərbaycan regionun ən böyük enerji potensialına malik ölkəsidir. O cümlədən, bugün cənab Prezidentin Mingəçevirdə açılışını etdiyi 8 Noyabr Elektrik Stansiyası ölkəmizin enerjiyə olan təlabatının 40%-ni ödəməklə ölkəmizi Qafqazın enerji mərkəzinə çevirir. Dövlət başçımızın uzaqgörən siyasəti sayəsində enerji resurslarımızdan səmərəli istifadə olunur və yaxın gələcəkdə Avropanın elektrik enerjisinin təminatında yaşıl enerjimizlə iştirak edəcəyik”-deyən deputat vurğulayıb ki, bu baxımdan İtaliya və Çinlə əməkdaşlığımız strateji hədəflərimizə yüksək səviyyədə nail olmağımıza imkan verir.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 İyun 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















