Azərbaycan YPX əməkdaşları beynəlxalq müsabiqədə yüksək nəticə göstəriblər
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Belarus Respublikasının Minsk şəhərində yol-patrul xidməti (YPX) əməkdaşlarının peşəkar hazırlığı üzrə keçirilən beynəlxalq müsabiqədə Azərbaycan nümayəndə heyəti uğurla çıxış edib. Təmsilçilərimiz 10 növ yarışda iştirak edərək ən yüksək nəticələrə imza atıblar.
Məlumatı DİN Mətbuat xidməti verib.
Məlumatda bildirilir ki, müsabiqə çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, hərəkətdə olan nəqliyyat vasitəsindən atış təlimi, nəqliyyat vasitələrinin idarə olunması üzrə sınaqlar və digər peşəkar bacarıqlar üzrə yarışlar təşkil olunub. YPX əməkdaşlarımız yüksək peşəkarlıq nümayiş etdirərək həm fərdi, həm də komanda hesabında əhəmiyyətli uğurlar qazanıblar.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarımızın beynəlxalq səviyyədə belə uğur qazanmasını yüksək qiymətləndirir və bu nailiyyətin ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin daha da inkişafına töhfə verəcəyinə inanır.
Müsabiqədə iştirak edən əməkdaşlarımızı təbrik edir, gələcək xidmətlərində uğurlar arzulayırıq!
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 18 Mart 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















