Icma.az
close
up
RU
Azərbaycan Yüksək Liqasında II tura iki oyunla start verilib

Azərbaycan Yüksək Liqasında II tura iki oyunla start verilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura iki oyunla start verilib.

"Report" xəbər verir ki, "Azərreyl" "Murov Az Terminal"ı 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16) hesabı ilə məğlub edib.

Digər görüşdə “Abşeron” UNEC-dən üstün olub - 3:0 (25:10, 25:12, 25:9). Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Qeyd edək ki, II turun son oyunu sabah Gəncə İdman Sarayında “Gəncə” və “Milli Aviasiya Akademiyası” komandaları arasında keçiriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:32
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri