Azərbaycan yumurtanı Belarusdan 20 qəpiyə alıb, BƏƏ yə isə 12 qəpiyə satıb
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Bu ilin ilk yarısında Azərbaycandan xaricə ümumi dəyəri 1 milyon 352,53 min dollar olan 18 milyon 703,44 min ədəd toyuq yumurtası ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan yumurta yalnız bir ölkəyə - Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) göndərilib.
BƏƏ-yə ixrac olunan yumurtanın bir ədədinin orta gömrük dəyəri 7,2 sent (12,3 qəpik) olub.
Qeyd edək ki, eyni dövürdə Azərbaycana Belarusdan 44,92 min dollar dəyərində 386,4 min ədəd yumurta idxal edilib. Belarusdan idxal olunan bir ədədinin orta gömrük dəyəri 11,6 sent (19,8 qəpik) olub.
Onu da bildirək ki, bu ilin iyul ayında Azərbaycanın daxili bazarında bir ədəd yerli yumurtanın orta pərakəndə satış qiyməti 18 qəpik təşkil edib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:12 qəpiyə satıb, 20 qəpiyə aldığımız nə yumurtasıdır? MÜƏMMA
18 Avqust 2026 14:32
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ yə 10 qəpiyə satılıb Rəsmi
17 Aprel 2026 14:16
Azərbaycan “Aİ 95”i xaricdən 1 manat 5 qəpiyə alıb, Gürcüstana 83 qəpiyə satıb
22 Oktyabr 2025 11:42
Marketlərdə 19 qəpiyə satılan yumurtanı Qambiyaya 10 qəpiyə ixrac etmişik Siyahı
30 Dekabr 2025 13:32
Azərbaycan “Aİ 92”ni Türkiyəyə 70 qəpiyə satıb
14 Avqust 2025 15:30
Baxış sayı:139
Bu xəbər 17 Avqust 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















