Azərbaycan “Aİ 95”i xaricdən 1 manat 5 qəpiyə alıb, Gürcüstana 83 qəpiyə satıb
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin ilk 8 ayında Azərbaycan xarici ölkələrdən 70 milyon 455 min dollar dəyərində 83 min 458,5 ton “Aİ-95” markalı (“Premium”) benzin idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan bir ton benzinin orta gömrük dəyəri 844 dollar (1 435 manat), bir litr benzinin orta gömrük dəyəri isə 62 sent (1,05 manat) olub.
Qeyd edək ki, Azərbaycan “Aİ-95” markalı aşağıdakı ölkələrdən idxal edib:
Rusiya – 58 min 80,2 ton (bir litr benzinin orta gömrük dəyəri 1,07 manat);
Rumıniya – 11 min 664,8 ton (1,08 manat);
Belarus – 10 min 814,2 ton (1,03 manat);
Gürcüstan – 1 499,1 ton (1,04 manat);
Bolqarıstan – 1 400,2 ton (1,05 manat).
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan bu ilin ilk 8 ayında Gürcüstana 2 milyon 777,5 min dollar dəyərində 4 min 196,2 ton “Aİ-95” markalı benzin ixrac edib. İxrac olunan benzinin bir litrinin gömrük dəyəri 83 qəpik olub.
Xatırladaq ki, bu ilin ilk yarısında Azərbaycanda 676,1 min ton avtomobil benzini istehsal olunub. İstehsal olunan avtomobil benzininin 98,7%-i və ya 667,3 min tonu “Aİ-92” markalı, 1,3%-i və ya 8,8 min tonu isə “Aİ-95” markalı benzin olub.
Elnur Əli

Xaricdən 44 qəpiyə alınan kartof marketlərdə 1 manat 50 qəpiyə satılır
10 Mart 2025 13:27
Azərbaycan “Aİ 92”ni Türkiyəyə 70 qəpiyə satıb
14 Avqust 2025 15:30
“Gürcüstana 83 qəpiyə sata biliriksə, niyə daxili bazarda qiymət bundan 2 dəfə bahadır” NATİQ CƏFƏRLİ
21 Oktyabr 2025 19:26
1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır
10 May 2025 21:46

