Azərbaycana 41 min ton palma yağı gətirildi Qiyməti 35 45 qəpik bahalandı
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin ilk 10 ayı ərzində Azərbaycana İndoneziya və Malayziyadan 41 min 26,5 ton xam palma yağı idxal edilib.
Yeniavaz.com xəbər verir ki, idxal olunan palma yağının 35 min 768,8 tonu İndoneziyadan, 5 min 257,7 tonu isə Malayziyadan gətirilib.
Qeyd edək ki, İndoneziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri 2,31 manat (1,36 dollar), Malayziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri isə 2,48 manat (1,46 dollar) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında palma yağının idxalı 16,1% və ya 7,9 min ton azalıb. İdxal olunan palma yağının orta gömrük dəyəri isə artıb. Belə ki, ötən ilin eyni dövründə İndoneziydan gətirilən palma yağının orta gömrük dəyəri 1,95 manat, Malayziyadan gətirilən palma yağının orta gömrük dəyəri isə 2,1 manat olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35% dən çox artıb
21 May 2025 11:37
Xaricdən Azərbaycana gətirilən avtomobillərin QİYMƏTİ
22 Noyabr 2024 15:16
Azərbaycana palma yağı haradan gətirilir? Video
19 Fevral 2025 05:40
Bu kriptovalyutanın qiyməti 45 dəfə artacaq
15 Dekabr 2024 09:00
Qızılın qiyməti rekord vurdu: Azərbaycana təsirləri olacaq?
15 Sentyabr 2025 22:02
Baxış sayı:32
Bu xəbər 30 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















