Azərbaycana 57 min avtomobil gətirilib: Neçəsi elektriklə çalışır?
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 57 275 ədəd avtomobil idxal olunub.
"AzPolitika" bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə idxal edilən avtomobillərin ümumi dəyəri 1 milyard 132.2 milyon ABŞ dolları təşkil edib.
Ölkəyə gətirilən maşınların 50 898-i minik avtomobili və digər mühərrikli nəqliyyat vasitələri olub.
Bundan başqa, respublikaya 5 383 ədəd yük avtomobili (50.97 milyon dollar), 467 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitəsi (53.82 milyon dollar) və 527 ədəd 10 və daha çox sərnişin daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitəsi (84.17 milyon dollar) idxal olunub.
Minik avtomobilləri arasında 11 621 ədəd xarici mənbədən elektrik enerjisi ilə doldurulan və daxiliyanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitəsi, 5 174 ədəd isə digər hibrid avtomobil idxal edilib.
Həmçinin hesabat dövründə Azərbaycana 680 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 19 Oktyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















