Icma.az
close
up
RU
“Azərbaycana bu cür yollarla təzyiq etmək mümkün deyil” Samir Vəliyev

“Azərbaycana bu cür yollarla təzyiq etmək mümkün deyil” Samir Vəliyev

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Müəyyən xarici dairələr ölkəmizə qarşı qərəzli kampaniyalarını davam etdirir. Erməni diasporunun və lobbisinin təsirində olan həmin dairələr BMT-nin ən mötəbər tədbiri olan COP29-un ölkəmizdə keçirilməsini həzm edə bilmir. Digər tərəfdən, COP29 ərəfəsində və onun keçirildiyi günlərdə beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycandadır. Bu səbəbdən uğrularımızdan məyus olan xarici qüvvələr dünyada Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər. Həmin şəbəkənin bir qolu da Lüksemburq parlamentidir”. 

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Lüksemburq Deputatlar Palatası noyabrın 20-də Azərbaycanla bağlı qərəzli  qətnamədə guya ölkəmizdə siyasi məhbusların olduğunu, vətəndaş cəmiyyətinə təzyiqlər göstərildiyini iddia edir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti haqqında qəbul etdiyi qanunsuz qərara Lüksemburqu qurumda təmsil edən deputatlar da səs verib.

S.Vəliyev qeyd edib ki, dövlətimiz həmin qərara səs verən AŞPA-nın 76 deputatını, o cümlədən lüksemburqlu deputatlar Oktavi Moder və İv Kruxteni “persona non-qrata” elan edib. Lüksemburq parlamentinin qəbul etdiyi qətnamədə bu deputatlar haqqında qərarın ləğv edilməsinə “çağırış” olunur. “Sənəd”də, həmçinin Azərbaycanda keçirilən seçkilər haqqında da əsassız fikirlər yer alıb:

“Maraqlıdır, cəmi 2 min kv.km ərazisi olan bu kiçik ölkəni başqa bir dövlət haqqında belə bir qətnamə qəbul etməyə sövq edən nədir? Niyə Lüksemburq kimi “cırtdan” ölkə özündən böyük iddialarla çıxış edərək belə qətnamə qəbul edir? Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin gedişi zamanı da bu ölkə ermənipərəst mövqe nümayiş etdirmişdi. Budəfəki qətnamədə isə Avropa Parlamentinin “sənədlərinə”, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanla bağlı “hesabat”larına istinad olunması özlüyündə bu qərəzin hardan qaynaqlandığını ifadə edir. Diqqqəti cəlb edən digər məqam isə odur ki, Lüksemburqa Fransanın təsiri kifayət qədər böyükdür. Fransız dili də bu ölkənin rəsmi dillərindən biridir. Ermənidən çox ermənilik edən Fransanın təsirində olan Lüksemburqdan bundan artıq heç nə gözləmək mümkün deyil”.

“Azərbaycan Milli Məclisi də Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları rədd edib. Milli Məclis hesab edir ki, Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir. Ümumiyyətlə, xaricdəki qüvvələr başa düşməlidir ki, Azərbaycana bu cür yollarla təzyiq etmək mümkün deyil. Bu davranışlarla onlar Avropa dəyərlərini, beynəlxalq hüququ tapdamış olurlar”,- deyə millət vəkili vurğulayıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri