Icma.az
close
up
RU
“Azərbaycana bu cür yollarla təzyiq etmək mümkün deyil” Samir Vəliyev

“Azərbaycana bu cür yollarla təzyiq etmək mümkün deyil” Samir Vəliyev

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Müəyyən xarici dairələr ölkəmizə qarşı qərəzli kampaniyalarını davam etdirir. Erməni diasporunun və lobbisinin təsirində olan həmin dairələr BMT-nin ən mötəbər tədbiri olan COP29-un ölkəmizdə keçirilməsini həzm edə bilmir. Digər tərəfdən, COP29 ərəfəsində və onun keçirildiyi günlərdə beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycandadır. Bu səbəbdən uğrularımızdan məyus olan xarici qüvvələr dünyada Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər. Həmin şəbəkənin bir qolu da Lüksemburq parlamentidir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Lüksemburq Deputatlar Palatası noyabrın 20-də Azərbaycanla bağlı qərəzli  qətnamədə guya ölkəmizdə siyasi məhbusların olduğunu, vətəndaş cəmiyyətinə təzyiqlər göstərildiyini iddia edir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti haqqında qəbul etdiyi qanunsuz qərara Lüksemburqu qurumda təmsil edən deputatlar da səs verib.

S.Vəliyev qeyd edib ki, dövlətimiz həmin qərara səs verən AŞPA-nın 76 deputatını, o cümlədən lüksemburqlu deputatlar Oktavi Moder və İv Kruxteni “persona non-qrata” elan edib. Lüksemburq parlamentinin qəbul etdiyi qətnamədə bu deputatlar haqqında qərarın ləğv edilməsinə “çağırış” olunur. “Sənəd”də, həmçinin Azərbaycanda keçirilən seçkilər haqqında da əsassız fikirlər yer alıb:

“Maraqlıdır, cəmi 2 min kv.km ərazisi olan bu kiçik ölkəni başqa bir dövlət haqqında belə bir qətnamə qəbul etməyə sövq edən nədir? Niyə Lüksemburq kimi “cırtdan” ölkə özündən böyük iddialarla çıxış edərək belə qətnamə qəbul edir? Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin gedişi zamanı da bu ölkə ermənipərəst mövqe nümayiş etdirmişdi. Budəfəki qətnamədə isə Avropa Parlamentinin “sənədlərinə”, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanla bağlı “hesabat”larına istinad olunması özlüyündə bu qərəzin hardan qaynaqlandığını ifadə edir. Diqqqəti cəlb edən digər məqam isə odur ki, Lüksemburqa Fransanın təsiri kifayət qədər böyükdür. Fransız dili də bu ölkənin rəsmi dillərindən biridir. Ermənidən çox ermənilik edən Fransanın təsirində olan Lüksemburqdan bundan artıq heç nə gözləmək mümkün deyil”.

“Azərbaycan Milli Məclisi də Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları rədd edib. Milli Məclis hesab edir ki, Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir. Ümumiyyətlə, xaricdəki qüvvələr başa düşməlidir ki, Azərbaycana bu cür yollarla təzyiq etmək mümkün deyil. Bu davranışlarla onlar Avropa dəyərlərini, beynəlxalq hüququ tapdamış olurlar”,-deyə millət vəkili vurğulayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri