Icma.az
close
up
RU
Menu

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

Sumqayıt qatarı qəza törədib, ölən var

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

İyunun qeyri iş günləri müəyyənləşdi 2 dəfə 3 gün ardıcıl evdəyik

“Çelsi” müdafiəçi Coş Açimponqu satmaqdan imtina edib

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

Azərbaycana ÇÖRƏK TƏHLÜKƏSİ Gələn il...

Azərbaycana ÇÖRƏK TƏHLÜKƏSİ Gələn il...

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İdxal üçün qiymət şərtlərinin əlverişli olması hələlik buğda təminatını ciddi çətinliklərdən sığortalayır

Azərbaycanın əsas taxılçılıq bölgələrindən olan Cəlilabad rayonunun bir çox kəndlərində əkin sahələri “Zaqafqaziya” taxıl böcəyi tərəfindən geniş miqyasda zədələnib. Taxılçılıq üçün ən təhlükəli zərərvericilərdən biri olan “Zaqafqaziya” taxıl böcəyi torpağın altında yaşayır, əsasən taxıl bitkilərinin cücərtiləri ilə qidalanır. Adətən payız-qış mövsümündə təzə cücərən payızlıq əkinlərə zərər vurur.

Son illərdə bu zərərvericiyə yalnız Cəlilabad deyil, ölkənin əksər bölgələrində rast gəlinir. Lakin bu mövsümdə cənub bölgəsində sürətlə çoxalması müşahidə olunmaqdadır. Mütəxəssislər bunu payız dövründə yağıntının az düşməsi, havaların mülayim keçməsi ilə izah edirlər. Vaxtında dərmanlanmayan sahələrdə quraqlıq taxıl cücərtilərinin inkişafını ləngidir, mülayim hava zərərvericilərin oyaq qalmasını şərtləndirir. Buna görə də indi fermerlər sahələrdə çoxsaylı “keçəl” ərazilər müşahidə edirlər.

Məlumdur ki, Azərbaycan strateji məhsul olan buğda təminatında idxaldan böyük ölçüdə asılı ölkələrdən biridir. Hər il ərzaqlıq buğdaya olan tələbatı təmin etmək üçün xaricdən 1,2-1,3 milyon ton məhsul idxal olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabrında Azərbaycana idxal olunan 214 milyon 155,42 min dollarlıq 996 min 501,21 ton ərzaqlıq buğdanın 127 milyon 845,38 min dollarlıq 596 min 648,68 tonu Qazaxıstandan, 86 milyon 310,04 min dollarlıq 399 min 852,53 tonu Rusiyadan alınıb. Rəsmi statistikaya əsasən 2025-ci ilin noyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 386,21 manat təşkil edib.

2022-ci il qlobal ərzaq böhranından sonra Azərbaycan hökuməti ölkədə ərzaqlıq buğda istehsalını tələbatın ərzaq təhlükəsizliyinin təmin olunması üçün lazım olan 75 faizlik həddinə qədər artırmaq üçün addımlar atıb. Belə addımlardan biri Prezident İlham Əliyevin 2022-ci il iyul tarixli fərmanıdır. “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmana görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

Fərmana əsasən 2022-ci ildən etibarən dövlətin Taxın Fonduna alınan buğdanın qiyməti xaricdən idxal olunan məhsulun dəyərinə əsasən və ondan yuxarı həcmdə müəyyən olunur. 2022-ci ildə - dünya ərzaq, o cümlədən buğda qiymətlərə rekord həddə çatanda bu rəqəm 580 manat müəyyən edilmişdi. 2023-ci ildə 450 manata, 2024-cü ildə isə 400 manata endirildi.

Nazirlər Kabineti Azərbaycanda 2025-ci il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 1 ton üçün yenidən 400 manat müəyyən edib.

Əldə olan rəqəmlər göstərir ki, fərmanla tətbiq olunan stimullaşdırma tədbirlərindən sonra da ərzaqlıq buğda təminatında yerli istehsalın payının artması müşahidə olunmayıb. Dövlət statistikasına əsasən, dekabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla, tarlalardan 3339,0 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,9 faiz çox dənli və dənli paxlalı bitkilər, o cümlədən 480,8 min ha sahədən 1 609,8 ton buğda yığılıb. Bu, hər hektardan orta məhsuldarlığın təxminən 33 sentnerə bərabər olması deməkdir. 2024-cü ildə 546,3 min hektar sahədən 1 milyon 685,7 min ton buğda yığılmışdı. Buğdanın məhsuldarlığı 30,9 sentner olub. 2023-cü ildə ölkədə 542,8 min hektar sahədən 1 milyon 833,9 min ton buğda yığıldığını, orta məhsuldarlığın 33,8 sentnerə bərabər olduğunu nəzərə alsaq, ötən il buğda yığımının 8 faiz, məhsuldarlığın isə 8,6 faiz azaldığını görərik. Bu il məhsuldarlıq artsa da, ümumi yığımın azalması davam edir.

Rəsmilərin açıqladığı məlumata əsasən, Azərbaycanda 2022-2023-cü illərdə 28 təsərrüfatla 22,6 min hektar, 2023-2024-cü illərdə isə 26 təsərrüfatla 23,8 min hektar ərazidə ərzaqlıq buğda istehsalına dair müqavilələr bağlanıb. Hazırda Azərbaycanda tətbiq edilən pivot suvarma sistemləri cəmi 24 min hektar buğda əkini ərazisində istifadə olunur ki, bu da ölkənin ərzaqlıq buğda tələbatını ödəmək üçün yetərli deyil. Hesablamalara görə, 150 min ha sahədə müasir suvarma sistemi və texnologiyaların tətbiq olunması ilə buğda yetişdirməklə, Azərbaycanda ərzaqlıq buğda təminatını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkündür.

2024-cü ilin iyununda Azərbaycan hökuməti bu məqsədə çatmaq üçün növbəti dəstək mexanizmini işə salıb. Belə ki, Nazirlər Kabineti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydasını təsdiqləyib. Qaydanın tətbiqi müasir suvarma sisteminin alınmasına özəl bankların vəsaitlərinin cəlb olunasına imkan verəcək. Belə ki, qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir. Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Subsidiya Şurasının qərarına əsasən 2026-cı təsərrüfat ilində fermerlər müasir suvarma sistemləri ilə təmin olunan sahələrdə apardıqları taxıl əkinlərinə görə hər hektara 290 manat subsidiya alacaqlar. Müasir suvarma sistemləri quraşdırılmayan, ənənəvi üsullarla suvarılan sahələrdə aparılan taxıl əkinlərinə görə fermerlərə hər hektara 230 manat subsidiya ödəniləcək.

Bundan əlavə, Aqrar Subsidiya Şurası Azərbaycanda ilk dəfə olaraq dəmyə əkinlərə görə subsidiya ödəmək barədə qərar qəbul edib. Belə ki, dəmyə əkinlərin hər hektarına görə fermerlərə 200 manat subsidiya verilməsi nəzərdə tutulur.

Bu il dekabrın 1-nə olan məlumata görə, ölkədə gələn ilin məhsulu üçün 710,5 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 354,6 min hektarı buğda, 355,8 min hektarı arpa və 0,1 min hektarı çovdar təşkil edir. Ötən ilin eyni dövründə 364,1 min hektarda buğda, 299,3 min hektarda arpa və 0,1 min hektarda çovdar səpilmişdi. Bu isə o deməkdir ki, subsidiya və dəstək mexanizmləri buğda əkinlərinin azalmasının qarşısını almır. Eyni zamanda bu addımlar müasir texnologiyalı əkinlərdə ciddi artımı da təmin etmir. Belə vəziyyətdə dövlət dəstəyinin daha təsirli mexanizmlərinin hazırlanaraq tətbiq olunması vacibdir. Bu dəstək şumlamadan tutmuş, səpinə, becərilməyə, yığıma, saxlanma və satışa qədər bütün mərhələləri əhatə etməlidir. Əks halda, buğda təchizatında təhlükəsizliyi təmin etmək mümkün olmayacaq.

Hələlik dünya bazarındakı şərtlər qiymətlərin bizim üçün əlverişli çevrədə dəyişməsinə səbəb olur. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən, 2025-ci ilin noyabrında taxıl qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz aşağı olub.

Azərbaycanın əsas buğda bazarlarından olan Rusiyada qiymətlər son illərin minimumundadır. Son 4 həftədə Rusiyadan idxal olunan buğdaya əlavə rüsum 0 dərəcə ilə hesablanıb, çünki dünya bazar qiyməti aşağı düşüb.

İdxal üçün qiymət şərtlərinin əlverişli olması hələlik Azərbaycanın buğda təminatını ciddi çətinliklərdən sığortalayır. Lakin 2021-2022-ci illərdəki vəziyyət göstərir ki, şərtlərin kəskin dəyişməsi təhlükəsi hər zaman var... /musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Dekabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see253

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see225

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see194

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see194

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see193

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see192

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see188

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see186

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see185

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see182

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see182

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see181

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see181

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see163

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see162

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see154

İyunun qeyri iş günləri müəyyənləşdi 2 dəfə 3 gün ardıcıl evdəyik

02 İyun 2026 04:01see152

“Çelsi” müdafiəçi Coş Açimponqu satmaqdan imtina edib

02 İyun 2026 06:11see146

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see144

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri