Icma.az
close
up
RU
Azərbaycana ən çox bu ölkələdən gəlirlər

Azərbaycana ən çox bu ölkələdən gəlirlər

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

2025-ci ilin yanvar ayında Azərbaycana dünyanın 152 ölkəsindən 172,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, gələnlərin 24,0 faizi Rusiya Federasiyası, 18,3 faizi Türkiyə, 9,9 faizi Hindistan, 8,7 faizi İran, 5,0 faizi Gürcüstan, 3,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 3,2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 3,1 faizi Pakistan, 2,2 faizi Küveyt, hər birindən 1,7 faiz olmaqla Türkmənistan və Özbəkistan, 1,5 faizi Çin, 1,4 faizi Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 10,2 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 71,9 faizini kişilər, 28,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Çindən – 2,2 dəfə, Tacikistandan – 2,1 dəfə, İspaniyadan – 1,9 dəfə, Hindistandan – 1,7 dəfə, İordaniyadan – 1,7 dəfə, Misirdən – 42,9 faiz, Niderlanddan – 30,4 faiz, Qırğızıstandan – 27,2 faiz, Pakistandan – 25,6 faiz, ABŞ-dan – 23,7 faiz, Yəməndən – 21,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 20,4 faiz, Türkmənistandan – 16,7 faiz, Qazaxıstandan – 15,5 faiz, Fransadan – 13,9 faiz, İtaliyadan – 11,7 faiz artıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,3 faiz artaraq 5,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 33,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,8 faiz azalaraq 58,4 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 17,3 faiz artaraq 75,9 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 26,4 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 4,3 faiz artaraq 154,1 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,5 faiz, Gürcüstana gedənlərin sayı 15,1 faiz, Türkiyəyə gedənlərin sayı 2,9 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 27,3 faiz azalıb. Azərbaycan vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 15,4 faizi Rusiyaya, 11,7 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri