İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspandilli ədəbiyyatın ən nüfuzlu mükafatı 2026-cı ildə katalon yazıçısı Kristina Fernandes Kubasa təqdim olunub.
Kulis.az xəbər verir ki, yazıçı “Migel de Servantes” mükafatına layiq görülüb və 125 min avro qazanıb.
Bu mükafat ispan dilində yazan müəlliflər üçün ən yüksək ədəbi təltif hesab olunur.
1945-ci ildə Barselona yaxınlığında anadan olan Kubas əsasən qısa hekayələri və fantastik ədəbiyyat nümunələri ilə tanınır. Münsiflər onun müasir hekayə formasının yenilənməsinə verdiyi töhfəni xüsusi vurğulayıblar. Yazıçının əsərlərində sirr, qeyri-müəyyənlik və insan təcrübəsinin mürəkkəb tərəfləri ön plana çıxır. “Mi hermana Elba”, “El ángulo del horror” və “La habitación de Nona” onun tanınmış kitabları sırasındadır.
Kubas “Servantes” mükafatını qazanan yeddinci qadın yazıçı olub. Ondan əvvəl Mariya Sambrano, Ana Mariya Matute və Yelena Poniatovska kimi müəlliflər bu ada layiq görülüblər. Bu mükafat yalnız bir kitabın uğurunu deyil, yazıçının uzun illər ərzində ispan dilli ədəbiyyatın inkişafına verdiyi töhfəni qiymətləndirir.
Türkiyədə uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırıldı Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 Noyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















