Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

Teatrı seçdiyim üçün peşman deyiləm

Teatrı seçdiyim üçün peşman deyiləm

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müsahibimiz Rus Dram Teatrının və "M Teatr"ın aktrisası, "OksiMedia" MMC şirkətinin rəhbəri Oksana Rəsulovadır.

- Oksana xanım, siz bir vaxt rəqs sənəti ilə tanındınız, xüsusən hind rəqslərinin mahir ifaçısı kimi sevildiniz. İlk təhsiliniz isə həkimlikdir. Bəs sizin üçün aktrisalığa keçid necə başladı? Bu dəyişikliyi zərurət, yoxsa daxili ehtiyac yaratdı?

- Mən hər zaman rəqsə peşəkarcasına yanaşmışam. Baxmayaraq ki, ilk təhsilim həkimliklə bağlıdır, həm cərrah mama-ginekoloq, həm dəri-zöhrəvi həkimliyi üzrə iki qırmızı diplomum var, gəncliyimdən rəqsə meylim olub. Uşaq yaşlarımda musiqi məktəbini, xoreoqrafiyanı bitirmişəm. İnstitutda oxuyarkən də rəqslə məşğul oldum. Bəlkə də məni bu sənətə gətirib çıxaran rəqsdən daha çox məhz Hindistan filmlərinə, hind rəqslərinə olan meylim oldu. Başqa rəqsləri bacarsam da, heç zaman səhnədə ifa etməmişəm. Sonradan hind rəqsi ilə bağlı istədiyim o zirvəyə çatandan sonra sanki ona qarşı marağım itdi. Belə bir söz var ki, yaradıcı insan gərək öz şah əsərinə çatmasın. Şah əsərinə çatanda ona olan maraq azalır. Mən də hind rəqsi ilə bağlı öz şah əsərimə çatdım və ondan sonrakı pillə mənim üçün maraqsızlaşdı.

Uşaqlıqdan aktrisa olmaq istəmişəm. Amma o dövrdə bir çox ailələr kimi, mənim də ailəm aktrisa olmağımı istəmirdi. Çünki çətin peşə olduğunu düşünürdülər və mənim rejimsiz, əziyyətlə yaşamağımı istəmirdilər. Həm də etiraf edək ki, bizim ölkədə aktyorlar nisbətən daha az qazanc əldə ediblər. Ona görə də valideynlərim mənim daha qazanclı peşə seçməyimi istəyirdilər. Bu istəkləri də məni Rusiyada Tibb Akademiyasına apardı. Öz biliyimlə akademiyaya qəbul oldum, təqaüd aldım və təhsilimi əlaçı kimi iki qırmızı diplomla tamamladım.

Hind rəqslərində hər bir hərəkət, jest məxsusi məna daşıyır. Hər bir hind rəqsi aktyorluq tələb edir. Mən də həmişə məhz Hindistanda aktrisa olmaq istəmişəm. 2013-2017-ci illərdə Bollivudun məşhur aktyoru Anupam Kxerin aktyorluq məktəbində təhsil aldım. Həmin məktəbin "Ulduz məzunlar" siyahısında adım hələ də qalır. Çünki 30 nəfərlik qrupda təkcə əlaçı mən idim. Orada təhsil almaq çətin idi. Amma hind dilini çox yaxşı bilirdim. Uşaqlıqdan hind filmlərinə tərcüməsiz baxmış və o sayədə öyrənmişdim. Hətta mən Hindistanda bu dildə danışanda Kəşmirdən gəldiyimi zənn edirlər. Sən demə, mənim hind dilində danışığım Kəşmir ləhcəsinə oxşayırmış.

- Hind mədəniyyətinə bu xüsusi meylinizin əsasında hansı amillər dayanır?

- Uşaqlığımdan bəri rəqs kraliçası və aktrisa Madhuri Diksitin ən böyük fanatı olmuşam, onu hər zaman əlçatmaz hesab etmişəm. Hind rəqslərini də məhz ona görə sevmişdim. Hindistanda qalib olduqdan sonra o, məni yanına çağırdı, mənim haqqımda öz yüksək fikirlərini bölüşdü. Sonra isə onun yaradıcılıq konserti keçirilirdi. Həmin konsertdə onun müxtəlif filmlərdə oynadığı rəqslər oynanılırdı. O özü mənə də konsertdə rəqs verdi və mən bir zamanlar onun heyranı olduğum bir kostyumunu geyinib səhnəyə çıxdım. Bu, mənim üçün rəqs sənətində gəldiyim ən yüksək pillə, şah əsərim idi.

O dövrlərdə burada filmlərə çəkilməyə başladım. İlk çəkildiyim "Zaman adlı qatar" filmində tərəf müqabillərim Həmidə Ömərova, Ayaz Salayev, Vüsal Murtuzəliyev və digər görkəmli aktyorlarımız oldu. Onlar mənə çox dəstək oldular. Sonra "OksiMedia" production olaraq "Şər qarışanda" filmini çəkdik. Orada tərəf müqabilim mərhum Xalq artistimiz Ramiz Novruz idi. İlk dəfə o rolu Fuad Poladova təklif etmişdik. Fuad müəllim bu sənətdə mənə hər zaman çox böyük dəstək olub, inanıb, güvənib, öz qiymətli məsləhətlərini məndən əsirgəməyib. Amma Fuad müəllim şəxsi səbəblərdən imtina etməli olmuşdu. Film nümayiş olunanda Fuad müəllim də gəldi və filmə baxandan sonra mənə yazdı ki, Oksana, bu sənin ikinci filmin olsa da, elə bil yüz birinci filmindir. O filmdə baş rolu ifa edirdim və Fuad müəllim həqiqətən çox bəyənmişdi. Sonra isə dedi ki, mən istərdim bizim səhnəmizdə sənin kimi bir aktrisa olsun. Bu sözlər mənim üçün çox böyük motivasiya idi. İllər sonra biz "Mələyin öpüşü" filmində Fuad müəllimlə də tərəf-müqabil olduq. Nə gözəl ki, onunla bir ay işləmək şansı qazandım. Ondan çox şeylər öyrəndim. Ən əsas öyrəndiyim isə səbr oldu. O özü çox səbrli, təmkinli idi. Özümü çox şanslı hesab edirəm ki, ilk addımlarımdan Həmidə Ömərova, Ramiz Novruz, Firəngiz Mütəllimova, Qurban İsmayılov kimi sənətkarlarımızla işləmişəm. Bundan sonra məndə özümü Azərbaycanda aktrisa kimi sınamaq istəyim yarandı. Amma kino sahəsində, çünki Hindistanda aldığım təhsil də kino aktyorluğu üzrə idi.

2014-cü ildə Hindistanın Mumbay şəhərində, Zee TV telekanalında 6 ay müddətində yayımlanan "İndia's Best Cinestars Ki Khoj" ("Hindistanın ən yaxşı kinoulduzu") teleyarışmasına qatıldım və 6 min müraciətçidən sona 6 nəfər qaldıq və mən yarışmanın qalibi seçildim. Həmin dönəm mənim üçün ən çətin zamanlar idi. Çünki orada iştirakçılar tərəfindən hədsiz paxıllıqlar görürdüm. 6 həftə ərzində tamaşaçıların səsverməsi ilə toxunulmaz oldum. Həmin 6 həftə mən nələr çəkmədim... Bundan sonra Hindistanda daha çox tanınmağa başladım, film və seriallarda çəkildim.

- Bəs sonradan niyə məhz teatrı seçdiniz?

- Teatrı çox sevirəm. Getdiyim bütün ölkələrdə ilk üz tutduğum yer mütləq teatr olur. Teatrda rahatlıq tapıram. 2022-ci ildə Xalq artisti Vidadi Həsənovun yanına gəldim. Həmin vaxt o, rəhbəri olduğu "M Teatr"ı təzə-təzə "Qanun" nəşriyyatının binasına köçürürdü. Onunla görüşümüzdən sonra Vidadi müəllim mənə çox dəstək oldu. Biz onunla 2017-ci ildə "Lal yuxu" serialında birgə çəkilmişdik. Orada ilk tamaşam "İnstinkt" oldu. Düzü, ilk başlarda bu məni çox qorxutdu. Çünki səhnəyə tamaşa mürəkkəb idi və səlis Azərbaycan dili lazım idi. Mən də təbii ki, öz dilimi bilirəm, amma bəzi mürəkkəb sözlər mənə çətinlik yaradırdı. 3 həftə sadəcə tamaşanın mətninə hazırlaşdım. Amma nəticədə gözəl bir əsər yarandı. Nə yaxşı ki, mənim teatrda ilk addımlarımda yolum məhz Vidadi Həsənovla kəsişdi. Həmçinin, ilk tərəf müqabilim istedadlı aktyor Ziya Ağa oldu. Bu, tamaşaçılar tərəfindən də maraqla qarşılandı. Çünki onlar məni film və seriallarda görsələr də, teatr səhnəsində ilk dəfə görürdülər. Sevindirici haldır ki, çox da yaxşı qarşıladılar. "M Teatr"da hazırladığımız tamaşalarla biz müxtəlif ölkələrdə beynəlxalq teatrlarda uğurla çıxışlar etmişik, mükafatlar qazanmışıq. Ötən il Qazaxıstanda keçirilən 3-cü "BİKENFEST" Beynəlxalq Teatr Festivalında biz "Yad qadının məktubu" tamaşası ilə çıxış etdik və mən "Ən yaxşı qadın rolu" nominasiyası üzrə qalib oldum. Bu, həm mənim özümün özümə təsdiqim, həm də müəllimimə yaşatdığım sevinc idi. Keçən ildən isə çox sevdiyim Rus Dram Teatrının aktrisasıyam.

İlk dəfə teatra ayaq basanda hiss etdim ki, artıq özümü tapmışam. Başa düşdüm ki, mənimki buradır və bundan başqa heç nə mənə lazım deyil. Kino nə qədər yaxşı olsa da, teatr çətindir. Teatrda gizlənməyə yerin yoxdur. Hər şey tamaşaçının gözünün qabağındadır. Bu isə çox çətindir və mən uşaqlığımdan bəri hər zaman çətin yolu seçən biri olaraq teatrı seçdim və buna görə peşman deyiləm. İnsan gərək halal yolla, öz zəhməti hesabına arzusunun dalınca getsin. Onda bir zaman gəlir ki, siz öz arzunuza çatırsınız və artıq arzunuz sizə xidmət edir. Mən məqsədim uğrunda çox çətinliklər çəkmişəm, amma heç zaman öz halal yolumdan dönməmişəm, heç kimi ayağımın altına alıb yuxarı çıxmamışam.

- Hazırda üçüncü təhsili rejissorluq üzrə alırsınız və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsisiniz...

- Təəssüf ki, Hindistanda aldığım aktyorluq diplomum burada tanınmadı. Ona görə də bu istiqamət üzrə yenidən təhsil almağa məcbur oldum. Aktyorluq təhsilim var idi deyə, düşündüm ki, teatra aid bir ixtisas olsun, ona görə də teatr rejissorluğunu seçdim.

- Tanınmış biri olaraq tələbə həyatınız necə keçir?

- Çox rahat! Mən heç zaman öz məşhurluğumdan istifadə etməmişəm, təkəbbürlü olmamışam. Hətta burada məndən 11-12 yaş balaca müəllimlərim var və mən onlara çox hörmət edirəm. Başa düşürəm ki, mən tələbəyəm, o da müəllim. Bəziləri ilə kənarda çoxdanın tanışı, dostu ola bilərik, amma auditoriyada müəllim-tələbə münasibətimizi qoruyuruq. Sağ olsunlar ki, müəllimlərim də bizi anlayırlar, hansısa çətinliyimizdə dəstək olurlar.

- Rejissor kimi aldığınız təhsil aktyorluğunuza təsir edibmi?

- Bəli, məncə, aktyor kimi indi səhnədə daha uğurluyam. Burada öyrəndiklərim həm səhnədə, həm də kamera qarşısında çox köməyimə çatır.

- Oynadığınız rollardan sizi ən çox sarsıdan hansı obraz olub?

- Teatrda ilk tamaşam olan "İnstinkt"dəki rolum məni çox sarsıtmışdı. Amma o, ilk idi və onun da təsiri var idi. Sonralar isə "Anna Karenina" tamaşasında Anna məni çox sarsıtdı. Düz altı ay mən fikrimdə, düşüncələrimdə bu obrazla məşğul oldum. Çünki bir qadın olaraq onu və onun seçimlərini anlaya bilmirdim. Çünki onun etdikləri mənim xarakterimə çox yad idi. Sonradan müəllimlərimlə təhlillər apararaq, rus və dünya tənqidçilərinin bu obraz haqqındakı təhlillərini oxuya-oxuya müəyyən qədər də olsa, onu anladım, tam yox, amma az da olsa bəraət qazandırdım. Bir obrazı oynamaq üçün əsas şərtlərdən biri də həmin obrazı anlamaqdır. Ondan sonra Anna Kareninanı oynadım.

- Sənət yolunuzda elə bir məqam olubmu ki, "yenidən başlamaq şansım olsaydı, bunu belə edərdim" demisiniz?

- Yenidən başlamaq şansım olsaydı, orta məktəbdən sonra birbaşa aktyorluq təhsili alar və teatra üz tutardım. Demirəm ki, həkimlik təhsilimdən narazıyam, bu təhsil mənə bilik, savad, düşünmək qabiliyyəti, iki diplom verdi. Onun sayəsində qorxaqlığım getdi. Amma yenə də teatrdan başlamaq istərdim. Onda onunla məşğul olmaq və təcrübə qazanmaq üçün daha çox vaxtım olardı.

- Sizcə, tamaşaçılar sizi nə qədər doğru tanıyırlar?

- Tam doğru tanıyırlar. Mən heç zaman başqa Oksana olmamışam, təkəbbürdən uzaq olmuşam.

- Bəs bir zamanlar sizi rəqs ifaçısı kimi qəbul edən tamaşaçılar sizi bir aktrisa kimi artıq qəbul ediblərmi?

- Bəli, çoxdan qəbul ediblər. Hətta haradasa görəndə yaxınlaşıb "siz aktrisa Oksana xanımsınız?" - deyə sual verirlər. Rəqsə gələndə isə rəqsi tamamilə atmamışam, tamaşalarda ehtiyac olduqca rəqslərimi özüm qururam, rəqs edirəm. Sadəcə indi tələbələrim yoxdur.

Şahanə MÜŞFİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see277

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see240

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see223

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see188

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see188

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see187

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see184

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see184

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see182

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see174

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see172

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see171

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see170

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see158

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri