Icma.az
close
up
RU
Azərbaycana gələn hindistanlı turistlər azalacaq? Bunu asanlıqla kompensasiya etmək mümkündür

Azərbaycana gələn hindistanlı turistlər azalacaq? Bunu asanlıqla kompensasiya etmək mümkündür

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Hindistanın "Cox & Kings" turizm agentliyi mövcud geosiyasi vəziyyət fonunda Azərbaycana bütün turpaketlərin satışını dayandırmaq barədə qərar qəbul edib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Travomint" şirkəti də Azərbaycana turist paketlərinin satışını tamamilə dayandırdığını elan edib. Şirkət artan diplomatik gərginlik fonunda ölkələrə səyahətləri boykot etmək üçün ümummilli çağırışa dəstək verib.

Bundan başqa, "EaseMyTrip" Azərbaycanın Pakistana dəstəyini əsas gətirərək, müştərilərə Azərbaycana səyahəti yalnız zəruri hallarda nəzərdən keçirməyi tövsiyə edib.

Hindistanın bu qərarı Azərbaycanın turizm sektoruna necə təsir edə bilər? Ümumiyyətlə, Hindistandan ölkəmizə gələn və ölkəmizdən Hindistana gedənlərin sayı ilə bağlı vəziyyət necədir?

Mövzu ilə bağlı "Azərbaycan turizm blogerləri Assosiasiyası" İctimai Birliyinin üzvü, səyahət blogeri Azər İsmayıl Bakıvaxtı.az-la öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Azərbaycana gələn turistlər arsında hindistanlıların bazar payı təxminən 10 faiz təşkil edir:

"Bu ilin yanvar, fevral və mart aylarında hər ay üzrə təqribən 17 min hindistanlı turist ölkəmizə gəlib. Hazırda AZAL və "İndiGo" aviaşirkəti tərəfindən Bakıdan Hindistanın Mumbay şəhərinə və paytaxtı Yeni Dehliyə birbaşa uçuşlar həyata keçirilir. "İndiGo" aviaşirkətində Yeni Dehlidən Bakıya və əks istiqamətdə gündəlik uçuşlar mövcuddur. AZAL isə həftədə bir neçə dəfə hər iki şəhərə uçuş həyata keçirir. Hindistanın böyük şirkətlərinin tətbiq etdiyi məhdudiyyət mövcud siyasi gedişat fonunda müəyyən mənada başadüşüləndir. Sadəcə Hindistanda fəaliyyətdə olan yalnız adı çəkilən şirkətlər deyil".

Səyahət blogeri bildirib ki, Azərbaycandan Hindistana gedən turistlərin sayı çox azdır və heç ilk beşliyə daxil deyil.

"Azərbaycana gələn hindistanlı turistlər isə ölkəmizdən daha çox Asiya ölkələrinə, Tailand və Şri-Lankaya getmək üçün tranzit ölkə kimi istifadə edirlər. Bu səyahətlər xüsusən "İndiGo" şirkəti vasitəsilə həyata keçirilir”.

Azər İsmayıl: Azərbaycandan Hindistana gedən turistlərin sayı çox azdır və heç ilk beşliyə daxil deyil

Müsahibimiz vurğulayıb ki, bütün hallarda hindistanlı turistlərin Azərbaycana gəlməsinə qadağa qoyulması yerli bazarda 10 faiz itirmək deməkdir və bu, ölkəmizdə turizmin inkişafına ciddi təsir göstərə bilər. Sözügedən məhdudiyyətin Hindistana isə heç bir ciddi təsiri yoxdur.

Azərbaycanın Hindistan bazarını itirməsi ehtimalı fonunda yarana biləcək vəziyyəti şərh edən A.İsmayıl hesab edir ki, bu halda illik təxminən 200 mindən bir qədər çox sərnişin itiriləcək. Lakin bunu çox asanlıqla kompensasiya etmək mümkündür. Belə ki, quru sərhədlər açılarsa, İran, Türkiyə və Rusiyadan gələn turistlərin sayı dəfələrlə artacaq:

"Quru sərhədlər açılmasa belə, Azərbaycanla İran arasında aviadaşınmaların sayı artarsa, bu halda İran turistləri itirilmiş hindistanlı turistlərinin yaratdığı boşluğu doldura bilər. Hazırda Azərbaycandan yalnız Tehrana uçuş mövcuddur. Bu uçuş həftədə 1 dəfə AZAL tərəfindən həyata keçirilir. Əgər İranla aviadaşıyıcılığın tezliyi artırılarsa və gündə ən azı 1 dəfə uçuş baş tutarsa, ölkəmizə gələn turistlərin sayı arta bilər".

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri