Icma.az
close
up
RU
Azərbaycana gələn turistlər müxtəlif seqmenti əhatə edir AYDINLIQ GƏTİRİLDİ

Azərbaycana gələn turistlər müxtəlif seqmenti əhatə edir AYDINLIQ GƏTİRİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycana gələn turistlər müxtəlif seqmenti əhatə edir. Bunu il ərzində mərhələli şəkildə bölgülərlə də izləmək mümkündür. Ümumilikdə götürdükdə, ailəvi istirahət edənlərin, işgüzar səfərlərin, gənclərin intensiv səyahətlərinin və tək səyahət edən macəraçı turistlərin sayında artım müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib: "Bütün bu proseslər turizm strategiyası üzərində nəzəri şəkildə müəyyənləşdirilərək həyata keçirilir və müxtəlif sərgi, tədbir və info-turlar vasitəsilə xarici turizm tərəfdaşlarına ölkəmizin mədəni irsi və tədbirlər planı tanıdılır. Bu, həm də Azərbaycana marağı daha da artırır.

Növbəti mərhələdə təqvim üzrə əhəmiyyətli konsertlər, idman yarışları və digər tədbirlər nəzərə alınaraq, müxtəlif seqmentlərin maraqlarına uyğun turist axını başlayır. Lakin bu mərhələyə qədər turizm sənayesində xarici partnyorlarla sıx koordinasiya aparılır ki, ölkəyə turist gəlişində mütəmadilik təmin olunsun.

Turizmdə ümumi balanslaşmanın necə olacağına dair dəqiq qənaətə gəlmək hələ tezdir. İllər öncə "luxury tourism" strategiyası üzərində qurulan hədəflər gözlənildiyi qədər nəticə vermədi. Mövcud vəziyyətdə isə bütün seqment qrupları üçün təkliflər hazırlanır və bu, turist axınının sabit qalmasına xidmət edir. Mənim fikrimcə, ailəvi istirahət edənlərin və gənclərin daha çox cəlb edilməsi ölkə turizminin dinamikasını artıra bilər. Çünki məhz bu iki seqment üzrə iaşə obyektləri və digər xidmət sahələri daha tez formalaşar, sahibkarlar və xidmət personalı isə qısa zamanda təcrübə qazanaraq peşəkar fəaliyyət göstərə bilərlər.

Azərbaycana gələn qonaqların əsas cazibəsi ölkəmizin unikal geosiyasi mövqeyi, zəngin təbiəti, tarixi-mədəni irsi və dövlət səviyyəsində həyata keçirilən tədbirlərlə bağlıdır. Bütün bunlar sadə vətəndaşların marağına da təsir göstərərək turistlərin ölkəmizə səfər etməsinə şərait yaradır. Turist qəbul etmək potensialımız böyükdür, lakin əsas çətinlik hava və quru nəqliyyat vasitələrinin qiymətlərinin turistlərin büdcəsinə tam uyğun olmamasıdır. Hesab edirəm ki, zamanla bu məsələnin də həlli tapılacaq və ölkəmizin turizm imkanları daha geniş miqyasda reallaşdırılacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri