Azərbaycana gətirilən ekoloji təmiz avtomobillərin sayında Rekord
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycana gətirilən ekoloji təmiz avtomobillərin sayı rekord həddə çatıb.
“Qafqazinfo” xəbər verir ki, Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika və Dövlət Gömrük Komitələrinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, 2020-ci ilin əvvəlindən 2025-ci ilin 1 oktyabr tarixinədək ölkəyə ümumilikdə 122 579 ədəd “yaşıl” minik avtomobili idxal olunub.
Bu avtomobillərin:
56,7%-i (69 500 ədəd) — hibrid,
36,4%-i (44 578 ədəd) — “plug-in” hibrid,
6,9%-i (8 501 ədəd) — tam elektrik mühərrikli avtomobillərdir.
MTM-in təhlili göstərir ki, 2024-cü ilin 4-cü rübündən etibarən Azərbaycan avtomobil bazarında yeni bir tendensiya başlayıb və “plug-in” hibridlər klassik hibrid modelləri geridə qoyub.
Əgər 2024-cü ilin 3-cü rübündə ölkəyə 4 389 ədəd hibrid, 2 362 ədəd “plug-in” hibrid gətirilmişdisə, növbəti rübdə vəziyyət tam dəyişib:
5 384 “plug-in” hibrid,
5 103 hibrid — yəni ilk dəfə “elektriklə doldurulan” hibridlər öndə gedib.
Cari ilin (2025) 3-cü rübündə ölkəyə gətirilən “plug-in” hibridlərin sayı 17 909 ədədə çatıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Eyni dövrdə isə 3 518 hibrid, 630 elektromobil idxal olunub.
Bu rəqəmlər göstərir ki, “plug-in” hibridlər artıq Azərbaycanın “yaşıl nəqliyyat” bazarında aparıcı yerə çıxıb.
Tam elektrik mühərrikli avtomobillərin (elektromobillərin) idxalı isə hələlik məhdud templə artır. Heç bir rübdə 1000 ədədlik həddi keçməyən elektromobil idxalı üzrə ən yüksək göstərici 2023-cü ilin 3-cü rübündə 994 ədəd olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















