Icma.az
close
up
RU
Azərbaycana məxsus “Murovdağ” gəmisinin Misirdən ABŞ a ilk səfəri planlaşdırılır

Azərbaycana məxsus “Murovdağ” gəmisinin Misirdən ABŞ a ilk səfəri planlaşdırılır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “handysize” tipli “Murovdağ” gəmisi Türkiyənin “Özata” tərsanəsində əsaslı təmir edilib.

ASCO-dan XQ-yə bildirilib ki, təmir işləri RINA Təsnifat Cəmiyyətinin nəzarəti altında yüksək peşəkarlıqla həyata keçirilib.

Proses ərzində əsas diqqət mexaniki və texniki sistemlərin etibarlılığına yönəldilib. Baş mühərriklərin əsaslı təmirini himayəçi mexanikin iştirakı ilə istehsalçının təsdiqlədiyi servis şirkəti yerinə yetirib. Üç ədəd köməkçi mühərrikin təmiri də gəmi heyəti və istehsalçı şirkətin mühəndisləri ilə birgə icra edilib.

Maşın şöbəsində boru xətlərinin qalınlığı lazer ölçmələri ilə yoxlanılıb, dəyişdirilməsi zəruri hesab olunan borular yeniləri ilə əvəzlənib. Həmçinin elektrik panelləri və avadanlıqlar tam testdən keçirilib.

Ətraf mühitin mühafizəsi təmir prosesinin prioritetlərindən biri olub. Balast Sularının İdarəetmə Sistemi (BWTS) üzrə nəzərdə tutulan 5 illik təmir planı yerinə yetirilib. Sistem ABŞ sularında balast əməliyyatlarının aparılması üçün modifikasiya edilib. Bununla da, “Murovdağ” gəmisi dünya üzrə bütün sularda balast əməliyyatlarını məhdudiyyətsiz həyata keçirmək imkanına malik olub.

Beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, yükqaldırma qurğuları müvafiq testlərdən keçirilib, istehsalçı tərəfindən bütün sistemlərin tam işlək vəziyyətdə olduğu rəsmi şəkildə təsdiqlənib. Naviqasiya cihazları və avadanlıqları yoxlanılıb, zəruri hesab olunan cihazlar üzrə istehsalçı tərəfindən müvafiq xidmət aktları təqdim edilib.

Gəminin göyərtəsində və anbar sahələrində boyama işləri aparılıb, sualtı hissə təmizlənərək xüsusi mühafizəedici boya ilə örtülüb.

Bundan əlavə, emissiyalara nəzarət məqsədilə quraşdırılmış EPL sisteminin tam funksional vəziyyətdə olduğu təsdiqlənib. Əsaslı təmir nəticəsində “Murovdağ” gəmisi yenilənərək daha təhlükəsiz və beynəlxalq tələblərə tam cavab verən vəziyyətdə istismara qaytarılıb. Təmirdən sonra "Murovdağ"ın ilk səfəri Misirdən ABŞ-a planlaşdırılır.

Gəmi 38 min ton yükgötürmə imkanına malikdir. Uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr olan gəminin maksimum sürəti 15,7 uzeldir. Optimal suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri