Icma.az
close
up
RU
“Murovdağ” Misirdən ABŞ a səmt götürəcək

“Murovdağ” Misirdən ABŞ a səmt götürəcək

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “handysize” tipli “Murovdağ” gəmisi Türkiyənin “Özata” tərsanəsində yeniləşdirilib. Təmir işləri RINA Təsnifat Cəmiyyətinin nəzarəti altında yüksək peşəkarlıqla həyata keçirilib.

ASCO-dan verilən məlumata görə, proses ərzində əsas diqqət mexaniki və texniki sistemlərin etibarlılığına yönəldilib. Baş mühərriklərin əsaslı təmirini himayəçi mexanikin iştirakı ilə istehsalçının təsdiqlədiyi servis şirkəti yerinə yetirib. Üç ədəd köməkçi mühərrikin təmiri də gəmi heyəti və istehsalçı şirkətin mühəndisləri ilə birgə icra edilib. Maşın şöbəsində boru xətlərinin qalınlığı lazer ölçmələri ilə yoxlanılıb, dəyişdirilməsi zəruri hesab olunan borular yeniləri ilə əvəzlənib. Həmçinin elektrik panelləri və avadanlıqlar tam testdən keçirilib.

Təmir zamanı ətraf mühitin mühafizəsinə də xüsusi diqqət yetrilib. Balast Sularının İdarəetmə Sistemi üzrə nəzərdə tutulan 5 illik təmir planı yerinə yetirilib. Sistem ABŞ sularında balast əməliyyatlarının aparılması üçün modifikasiya edilib. Bununla da, “Murovdağ” gəmisi dünya üzrə bütün sularda balast əməliyyatlarını məhdudiyyətsiz həyata keçirmək imkanına malik olub.

Beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, yükqaldırma qurğuları müvafiq testlərdən keçirilib, istehsalçı tərəfindən bütün sistemlərin tam işlək vəziyyətdə olduğu rəsmi şəkildə təsdiqlənib. Naviqasiya cihazları və avadanlıqları yoxlanılıb, zəruri hesab olunan cihazlar üzrə istehsalçı tərəfindən müvafiq xidmət aktları təqdim edilib.

Eyni zamanda, gəminin göyərtəsində və anbar sahələrində boyama işləri aparılıb, sualtı hissə təmizlənərək xüsusi mühafizəedici boya ilə örtülüb. Emissiyalara nəzarət məqsədilə quraşdırılmış EPL sisteminin tam funksional vəziyyətdə olduğu təsdiqlənib. Əsaslı təmir nəticəsində “Murovdağ” gəmisi yenilənərək daha təhlükəsiz və beynəlxalq tələblərə tam cavab verən vəziyyətdə istismara qaytarılıb. Təmirdən sonra gəminin ilk səfəri Misirdən ABŞ-a planlaşdırılır.

Qeyd edək ki, “Murovdağ” gəmisi 38 min ton yükgötürmə imkanına malikdir. Uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr olan gəminin maksimum sürəti 15,7 uzeldir. Optimal suya oturumu maksimum yük götürməklə onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri